Normal view

Yesterday — 30 June 2026Main stream

Rosenyor Fransaya qayıdır

30 June 2026 at 20:15

“Çelsi”dən ayrılan Liam Rosenyorun yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Fransanın “Paris” klubuna baş məşqçi təyin olunacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Tərəflər arasında iki illik müqavilə imzalanacaq.

Rosenyor bu ilin fevralından aprelinə kimi “Çelsi”yə rəhbərlik edib.

Mütəxəssis daha əvvəl Fransada “Strasburq”u çalışdırıb.

“Çelsi” ispan üçün danışıqlara başladı

30 June 2026 at 18:19

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, London klubu “Valyekano”dan Pep Çavarriyanı transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Zadəganlar” cinah müdafiəçisi üçün danışıqlara başlayıb.

Çavarriya ötən mövsüm “Valyekano”da 44 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Sol cinah müdafiəçisinin dəyəri 10 milyon avrodur.

Before yesterdayMain stream

Mareskanın təyinatı rəsmiləşdi

29 June 2026 at 19:00

“Mançester Siti” baş məşqçisini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in “sükanı” Enzo Mareskaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Mareska son olaraq “Çelsi”yə rəhbərlik edib. O, bu ilin yanvarından işsiz idi.

❌
❌