Normal view

Yesterday — 10 June 2026Main stream

“Karvan” daha üç legioneri ilə yollarını ayırdı

10 June 2026 at 16:00

2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Azərbaycan Premyer Liqasını tərk etmiş “Karvan” daha 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Moise Nqvisani, Olavale Doyeni və İmani Barker ilə klub arasında bağlanmış müqavilələrin müddəti başa çatıb. Klub hər üç futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, sözügedən oyunçular 2025-ci ilin yayından Yevlax klubunun uğurları üçün çalışırdılar.

“Karvan” daha öncə Coy Slayd Mikels, Qavi Tompson, Pedro Mateus və Kayl Spenslə də yollarını ayırmışdı. Yevlax təmsilçisi baş məşqçisi Xaqani Məmmədovla da vidalaşmışdı.

Sözügedən komanda Premyer Liqaya 2025/2026-cı illər mövsümünün əvvəlində yüksəlsə də, elitadakı yerini qoruya bilməyib. Bu üzdən də klubun legionerlərini yola salıb, Birinci Liqada daha çox yerli futbolçulara güvənəcəyi gözlənilir.

Barker “Sumqayıt”a qayıtdı

10 June 2026 at 16:44

“Karvan-Yevlax” ilə İmani Barker arasında bağlanmış icarə müqaviləsinin müddəti başa çatıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransız futbolçu Yevlax təmsilçisinin heyətində 24 oyun keçirib və 2 qol vurub.

Barker müqavilə ilə məxsus olduğu “Sumqayıt”a qayıdıb.

❌
❌