Yeni baş məşqçidən Ronaldo ilə bağlı açıqlama
Portuqaliya millisinin yeni baş məşqçisisi Jorje Jezus hücumçu Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis 41 yaşlı futbolçu üçün yığmanın qapılarının açıq olduğunu bildirib:
“Ronaldo Portuqaliyanın simvoludur. O, heç vaxt milli üçün problem ola bilməz. “Əl Nəsr”də karyerasına davam edir və güman ki, orada da futbolla vidalaşacaq. Millidə də oynamağa hazır olduğu müddətdə qapılarımız açıqdır”.
Ronaldonun çıxış etdiyi Portuqaliya millisi dünya çempionatına 1/8 finalda vida edib. Komanda İspaniyaya uduzub – 0:1. Ronaldo matçdan sonra millidəki karyerasını bitirməyi düşündüyünü deyib.