Normal view

Today — 2 July 2026Main stream

Mateus Fernandes 99 milyon avroya “Tottenhem”də!

2 July 2026 at 18:30

İngiltərənin “Vest Hem” klubunun mərkəz yarımmüdafiəçisi Mateus Fernandes bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

“Tottenhem”in mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Amma müddət və digər detallar barədə məlumat verilməyib.

İngiltərə mətbuatının məlumatına əsasən, transferin dəyəri 99 milyon avro təşkil edib. Bu, “Tottenhem”in tarixində ən bahalı transfer kimi klub rekordu olub.

Mateus Fernandes futbola “Olhanense” klubunda başlasa da, “Sportinq”in yetirməsi hesab olunur. O, Lissabon klubunda çıxış edərkən “Eştoril”də icarədə də olub. 2024-cü ildə 15 milyon avroya “Sauthempton”a transfer edilmiş futbolçu cəmi bir il sonra 44 milyon avro qarşılığında “Vest Hem”ə keçmişdi.

Fernandes ötən mövsüm “Vest Hem”in heyətində bütün turnirlərdə 38 oyuna çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Vest Hem” 2025/2026-cı illər mövsümünü İngiltərə Premyer Liqasında 18-ci pillədə başa vuraraq Çempionşipə yuvarlanıb. “Tottenhem” isə rəqibindən cəmi 2 xal çox toplayaraq elitadakı yerini qorumağı bacarıb.

Mateus Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyinib, bu il isə əsas millidə debüt matçına çıxıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

London klubundan 99 milyonluq transfer

2 July 2026 at 16:50

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, London klubu “Vest Hem”dən Mateuş Fernandeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb.

İngiltərə mətbuatının xəbərinə görə, “Tottenhem” 21 yaşlı futbolçu üçün 99 milyon avro ödəyəcək.

Mateuş ötən mövsüm 42 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Before yesterdayMain stream

Martin Dubravka rəsmən “Tottenhem”də!

26 June 2026 at 10:00

“Börnli”nin 37 yaşlı slovakiyalı qapıçısı Martin Dubravka bundan sonra İngiltərənin digər klubu “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

37 yaşlı qolkiper iyulun 1-dən etibarən yeni komandasına qoşulacaq. Dubravka “Börnli” ilə müqaviləsinin başa çatmasının ardından “Tottenhem”ə azad agent statusunda keçib. Klub hələlik futbolçu ilə imzalanmış müqavilənin müddətini açıqlamayıb.

“Tottenhem”in yaydığı bəyanatda slovakiyalı qapıçının zəngin təcrübəsi xüsusi vurğulanıb: “Dubravkanın iyulun 1-də klubumuza qoşulacağını elan etməkdən məmnunuq. Premyer Liqada uzun illər yüksək səviyyədə çıxış etmiş təcrübəli Slovakiya millisinin qapıçısı yeni mövsüm öncəsi komandamızın qapıçı xəttini gücləndirəcək. Xoş gəlmisən, Martin”!

Karyerasına vətənində “Jilina” klubunda başlamış Dubravka sonradan Avropanın müxtəlif komandalarında çıxış edib. O, İngiltərə futbolsevərlərinə daha çox “Nyukasl”dakı uğurlu çıxışı ilə tanınır. Təcrübəli qolkiper 2018-ci ildə “Sparta”dan (Praqa) “Nyukasl”a keçmiş və uzun illər komandanın əsas qapıçısı olmuşdu.

Martin Dubravka 2022/23 mövsümünün ilk yarısında icarə əsasında “Mançester Yunayted”in də formasını geyinib. Daha sonra yenidən “Nyukasl”a qayıdan qapıçı 2025-ci ildə “Börnli”yə transfer olunmuşdu.

Slovakiyalı qolkiper peşəkar karyerası ərzində 600-dən çox rəsmi oyunda meydana çıxıb. O, İngiltərə Premyer Liqasında ümumilikdə 197 matç keçirib, 297 qol buraxıb və 51 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Dubravka Slovakiya millisinin də əsas simalarından biridir. O, milli komandanın heyətində indiyədək 60 qarşılaşmada iştirak edib, 72 qol buraxıb və 24 matçda “quru oyun” seriyasını qoruyub.

❌
❌