Reading view

“Ağstafa Gəncləri” II Liqadakı yerini qorudu

Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, Region Liqası təmsilçisi “Biləsuvar”la II Liqanın 11-cisi “Ağstafa Gəncləri” üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutan görüş “Ağstafa Gəncləri”nin qələbəsiylə başa çatıb – 3:0. Komanda II Liqadakı yerini qoruyub.

II Liqada pley-off günü

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Region Liqasının ikincisi “Biləsuvar”la II Liqanı 11-ci sırada bitirən “Ağstafa Gəncləri” üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.

II Liqa
Pley-off

29 may

16:00 Biləsuvar – Ağstafa Gəncləri
Baş hakim: Rəşad Əhmədov
Yevlax şəhər stadionu

I Liqaya vəsiqə kimin olacaq?

Bu gün I Liqaya vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, II Liqanı ikinci sırada bitirən “Qaradağ Lökbatan” I Liqanın 9-cusu “Şimal” ilə qarşılaşacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq oyun saat 16:00-da start götürəcək.

Qalib yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Azərbaycan I Liqası
Pley-off

27 may

16:00 Şimal – Qarabağ Lökbatan

❌