Reading view

U-23 dünya çempionatı: Son gündə daha bir medal və 4-cü yer

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatına bu gün yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə Azərbaycan millisinin daha bir üzvü fəxri kürsüyə qalxıb. Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal…

Source

Formula 1: Lando Norris Oskar Piastrini qabaqladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 20-ci qran-prisi baş tutub. Arena.az xəbər verir ki, budəfəki yarış Mexiko şəhərində təşkil olunub. Meksika qran-prisində “Maklaren”in pilotu Lando Norris hamıdan sürətli olub. Britaniyalı 25 yaşlı pilot 71 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 6-cı, karyerası ərzində isə 10-cu…

Source

ABL: NTD “Şəki”yə də uduzdu

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun qapanış matçında “Şəki” doğma meydanda NTD ilə qarşılaşıb. Şəki Olimpiya İdman Kompleksində baş tutmuş A qrupunun matçında meydan sahibləri qələbə qazanıblar – 88:81. Xatırladaq ki, turun əvvəlki matçlarında “Sabah” “Gəncə”ni…

Source

Günay Qurbanova dünya üçüncüsü oldu

Azərbaycan güləşçisi Günay Qurbanova Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb. Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. Yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini…

Source

Aleksandr Tarakanov: “Gənc və perspektivli komandamız var”

23 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Serbiyada qazandıqları uğuru şərh edib. Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxış etmiş yunan-Roma güləşi üzrə millimiz bu gün vətənə qayıdıb. İki qızıl və bir bürünc medal qazanaraq yeni rekord müəyyənləşdirən və komanda hesabında dünya…

Source

Dünya çempionatı: Heybətov və Karsanov finalda!

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 57, 70, 79 və 125 kq-da mübarizəyə start verilib. Muhəmmədəli Əlizadə (57 kq) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10. Kənan Heybətov (70 kq) kanadalı Koul Koqhilə (10:0)…

Source

ABL: “Sərhədçi” “Naxçıvan”a, “Neftçi” “Abşeron Lions”a uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutub. Günün ilk oyununda “Sərhədçi” “Naxçıvan”la üz-üzə gəlib. B qrupunun qarşılaşması Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb – 76:69. Günün ikinci görüşündə “Neftçi” “Abşeron Lions”la münasibətlərə…

Source

Teymur Rəcəbov: “Avropa ikinciliyi millimiz üçün mütləq uğurdur”

Azərbaycan yığma komandasının kapitanı Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Arena.az xəbər verir ki, o, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanmasını şərh edib. Teymur Rəcəbov əvvəlcə yarışla bağlı təəssüratlarını bölüşüb: “Reytinqə görə Azərbaycan…

Source

ABL: “Lənkəran” “Quba”ya, “Ordu” “Sumqayıt”a qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub. Günün ilk oyununda B qrupunda yer almış “Quba” “Lənkəran”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 102:87. Günün ikinci görüşündə “Ordu” “Sumqayıt”la üz-üzə gəlib.

Source

Dünya çempionatı: 3 güləşçimiz üçün bürünc medal şansı

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün həm qadın, həm də sərbəst güləş üzrə milli komandalarımızın üzvləri xalçaya çıxıblar. Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabıyla məğlub olub.

Source

Yüksək Liqa: “Neftçi” “Murov”a məğlub oldu

Bu gün kişi voleybolçuların Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunu keçirilib. Arena.az xəbər verir ki, günün yeganə oyununda “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunmuş qarşılaşma gərgin alınıb. Yekunda 3:2 hesabı ilə qalib gələn “Murov” cari mövsümdə ikinci qələbəsini…

Source

Bakıdakı dünya çempionatının tarixi dəyişdirildi

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib. Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən məlumat verir. Yeni qərara əsasən, böyüklər arasında təşkil olunacaq bu mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq.

Source

Yunan-Roma güləşi üzrə millimiz Novi Sadda 3-cü oldu

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb. Arena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası bu mundialda 2 qızıl və 1 bürünc medal qazanıb. Millimiz 93 xalla komanda hesabında dünya üçüncüsü olub. Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Source

DÇ: İlkin “bürünc” şansı əldən verdi, xanımlardan uğursuz start

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub. Yunan-Roma güləşində İlkin Qurbanov (60 kq) gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə isə iranlı Səccad…

Source

ABL: “Sabah” “Gəncə”yə qalib gəldi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış matçında son çempion “Sabah” “Gəncə” ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş matç “bayquşlar”ın 87:68 hesablı qələbəsi ilə bitib. “Sabah” bu nəticədən sonra A qrupunda 8 xalla liderdir. Rəqiblərindən bir oyun az…

Source

“Azərreyl” “Radniçki”yə Bakıda məğlub oldu

Bu gün kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə mübarizəyə start verib. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Source

Yüksək Liqa: “Turan”dan “Gənclər” üzərində asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha bir matç keçirilib. Turun qapanış oyununda “Turan” komandası “Gənclər”lə üz-üzə gəlib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki…

Source

Elmir Əliyev dünya çempionu oldu, millimiz rekorda imza atdı

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü Elmir Əliyev Serbiyanın Novi Sad şəhərində dünya çempionu olub. Arena.az xəbər verir ki, Serbiyada 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. İkinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start verilib. Elmir Əliyev (55 kq) ilk mərhələni maneəsiz keçib.

Source

“Abşeron Lions” “Trefl”ə də uduzdu

Azərbaycan təmsilçisi “Abşeron Lions” komandası basketbol üzrə FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv bu gün Bakıda Polşa təmsilçisi “Trefl” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilmiş matç Azərbaycan klubu üçün uğursuz alınıb. Oyun rəqibin 99:96 hesablı qələbəsi ilə başa çatıb.

Source

Ziya Babaşov dünya çempionu oldu

Azərbaycan güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşilər arasında təşkil edilmiş dünya çempionatının qalibi olub. Arena.az xəbər verir ki, oktyabrın 20-də Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatına start verilib. İlk yarış günündə 4 çəkidə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşiblər. Ziya Babaşov (63 kq) yaponiyalı Miruto Tokuhiqaya 7:1…

Source

“Neftçi” Avropa Kubokunda “Kalev”ə qalib gəldi

“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun 2025/2026-cı illər mövsümünün əsas mərhələsində ikinci oyununu keçirib. Arena.az xəbər verir ki, “ağ-qaralar” Bakıda Estoniyanın “Kalev” komandası ilə üz-üzə gəliblər. Qarşılaşma Bakı İdman Sarayında baş tutub. Azərbaycan təmsilçisi bu oyundan 95:84 hesablı qələbəyə sevinib. “Neftçi”nin baş məşqçisi Vitali Stepanovski matçdan…

Source

Yüksək Liqa: “Xilasedici” və “Gəncə”dən asan qələbə

Bu gün qadın və kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatlarında (Yüksək Liqa) 2-ci turun növbəti oyunlar keçirilib. Arena.az xəbər verir ki, qadınların yarışında “Gəncə” “Murov”la üz-üzə gəlib. “Murov” Voleybol Komandasının idman zalında keçirilmiş oyunda Gəncənin eyniadlı təmsilçisi asan qələbəyə sevinib. Kişilərin mübarizəsində isə “Xilasedici” “Ordu” ilə…

Source

Yüksək Liqa: “Azərreyl” “DH Volley”ə məğlub oldu

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Azərreyl” və “DH Volley” komandaları üz-üzə gəliblər. Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Gərgin keçmiş qarşılaşmada ikincilər 3:2 hesablı qələbə qazanıblar.

Turun digər oyunları oktyabrın 21-də və 23-də keçiriləcək. Sabah “Murov” “Gəncə” ilə üz-üzə gələcək. Bu oyun “Murov” voleybol komandasının idman zalında keçiriləcək. Turun son matçında isə “Turan”la “Gənclər” üz-üzə gələcəklər.

Yüksək Liqa
2-ci tur

20 oktyabr

Azərreyl – DH Volley 2:3 (25:23, 20:25, 11:25, 25:23, 12:15)
Azərbaycan Voleybol Federasiyasının idman zalı. Saat 16:00.

The post Yüksək Liqa: “Azərreyl” “DH Volley”ə məğlub oldu appeared first on ARENA.AZ.

Taekvondo: Azərbaycanı DÇ-də 9 idmançı təmsil edəcək

Oktyabrın 24–30-u aralığında Çinin Uşi şəhərində keçiriləcək taekvondo üzrə dünya çempionatında Azərbaycanı 9 idmançı təmsil edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kişilərdən ibarət yığmamızın heyətində bu idmançılar yer alıblar:

Bəhruz Quluzadə (54 kq)
Qaşım Maqomedov (58 kq)
Fuad Təhməzov (63 kq)
Riyad Şirəliyev (68 kq)
Cavad Ağayev (74 kq)
Taleh Süleymanov (80 kq)
Eltac Qafarov (87 kq)

Qadınlardan ibarət yığmamızdan isə cəmi 2 taekvondoçumuz dayanq üzərinə çıxacaq:

Minayə Əkbərova (46 kq)
Səmərrux Osmanova (49 kq)

Yığma qurumun icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında yarışa yollanıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yarışda Azərbaycanı ədalət təmsilçisi kimi təmsil edəcək.

The post Taekvondo: Azərbaycanı DÇ-də 9 idmançı təmsil edəcək appeared first on ARENA.AZ.

Formula 1: Ferstappen 2025-ci ildə 5-ci zəfərinə sevindi

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 19-cu qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Auistin şəhərində təşkil olunub.

ABŞ qran-prisində son 4 ilin çempionu Maks Ferstappen qalib olub. Sıralama turunda da ən sürətli olmuş “Red Bull”un pilotu yarışa birinci başlayıb. Niderlandlı sürücü 56 dövrəlik yarışda bu üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun cari mövsümdəki 5-ci, karyerası ərzində 68-ci zəfərdir.

“Maklaren”də çıxış edən Lando Norris Austində ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü olub.

Beləliklə, geridə qalmış 19 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 346 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 332 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 306 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 678 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 341 xalla ikinci, “Ferrari” isə 334 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 20-ci qran-prisi Meksikada keçiriləcək. Mexiko şəhərində baş tutacaq bu yarış oktyabrın 26-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 346
  2. Lando Norris (Maklaren) – 332
  3. Maks Ferstappen (Red Bull) – 306
  4. Corc Rassell (Mersedes) – 252
  5. Şarl Lekler (Ferrari) – 192
  6. Luis Hamilton (Ferrari) – 142
  7. Kimi Antonelli (Mersedes) – 89
  8. Aleksander Albon (Uilyams) – 73
  9. Niko Hulkenberq (Zauber) – 41
  10. İsaak Hacar (Rasinq Bulls) – 39
  11. Karlos Sayns (Uilyams) – 38
  12. Fernando Alonso (Aston Martin) – 37
  13. Lens Stroll (Aston Martin) – 32
  14. Liam Louson (Red Bull) – 30
  15. Esteban Okon (Haas) – 28
  16. Yuki Tsunoda (Rasinq Bulls) – 28
  17. Pyer Qasli (Alpin) – 20
  18. Oliver Berman (Haas) – 20
  19. Qabriel Bartoleto (Zauber) – 18
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 678
  2. Mersedes – 341
  3. Ferrari – 334
  4. Red Bull – 331
  5. Uilyams – 111
  6. Rasinq Bulls – 72
  7. Aston Martin – 69
  8. Zauber – 59
  9. Haas – 48
  10. Alpin – 20

The post Formula 1: Ferstappen 2025-ci ildə 5-ci zəfərinə sevindi appeared first on ARENA.AZ.

Cüdo millimizdən Meksikada tarixi zəfər

Cüdo üzrə Azərbaycan milli komandası Meksikanın Qvadalaxara şəhərində keçirilmiş qran-pri turnirində parlaq çıxışı ilə yadda qalıb.

Arena.az xəbər verir ki, bu yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunub. Cüdoçularımızdan 9-cu qran-prini medalla başa vurub.

İlk gündə tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.

Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bütün görüşlərdə qalib gələrək Dövlət Himnimizi səsləndiriblər. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar.

-60 kq çəki dərəcəsində yarışan digər idmançımız Əhməd Yusifov üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib.

Turnirin ikinci günündə millimiz aktivinə daha 3 medal yazdırıb. Olimpiya çempionumuz Hidayət Heydərov (-73 kq) və -81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə bütün görüşlərdə qələbə qazanaraq Dünya Cüdo Turu Seriyasına daxil olan yarışda çempionluq sevinci yaşayıblar. Heydərov həlledici görüşdə çexiyalı Husniddin Karimovu, Qələndərzadə finlandiyalı Eetu İhanamakini məğlub edib. Rəşid Məmmədəliyev (-73 kq) isə beynəlxalq turnirin bürünc medalını boynundan asıb.

Sonuncu yarış günündə millimiz daha 3 medal – 2 qızıl və 1 bürünc medal qazanıb.

-100 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Zelim Kotsoyev və ən ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bütün görüşlərində qələbə qazanaraq çempion olublar. Kotsoyev finalda italiyalı Cennaro Pirelli, Kokauri isə ikiqat Olimpiya çempionu Lukaş Krpaleki (Çexiya) məğlub edib.

Bununla da, cüdoçularımız kişilərin yarışdığı 7 çəki dərəcəsinin 6-da qızıl medal qazanmaqla tarixi nəticəyə imza atıblar.

Ümumilikdə, Azərbaycan millisi qran-prini 6 qızıl və 3 bürünc medalla başa vuraraq 33 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

The post Cüdo millimizdən Meksikada tarixi zəfər appeared first on ARENA.AZ.

Vüsal Əliyev və İbrahim Yusubov dünya çempionu oldular!

Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının üzvləri Vüsal Əliyev və İbrahim Yusubov dünya çempionu olublar.

Arena.az xəbər verir ki, bu gün çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

Həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçimiz çıxış edib.

80 kq

Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.

A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.

B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabıyla məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabıyla qalib gəlib.

Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabıyla məğlub edib.

Dadaşov Zoidzeyə 4:2 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.

90 kq

İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabıyla qalib gələrək çempion olub.

Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun 3-lük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq-da dünya çempionu olub. İbrahim Yusubov isə 90 kq-da eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz 4 qat dünya çempionu ünvanına sahib çıxıb.

İlk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.

The post Vüsal Əliyev və İbrahim Yusubov dünya çempionu oldular! appeared first on ARENA.AZ.

❌