Reading view

Mbappe Ronaldonun “üç addım”lığında

İspaniya çempionatının 16-cı turunda səfərdə “Alaves”lə qarşılaşan “Real” 2:1 hesablı qələbə qazanıb.

“Kral klubu”nun heyətində qollardan birini hücumçu Kilian Mbappe vurub. Bu qol Mbappe üçün 2025-ci təqvim ilində “Real” forması ilə vurduğu 56-cı qol olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldonun rekorduna xeyli yaxınlaşıb.

Portuqaliyalı futbolçu 2013-cü ildə “Real”ın heyətində bir təqvim ili ərzində 59 qol vuraraq, klub tarixində rekord müəyyənləşdirmişdi.

Cari ilin sonuna qədər Madrid təmsilçisinin daha iki oyunu qalıb. Xabi Alonsonun yetirmələri İspaniya kubokunda “Talavera” ilə üz-üzə gələcək, La Liqada isə “Sevilya” ilə qarşılaşacaq. Mbappenin Ronaldonun rekordunu yeniləmək üçün hələ real şansı var.

The post Mbappe Ronaldonun “üç addım”lığında appeared first on Komanda.az.

Mbappe məhkəməni uduzdu – PSJ-yə cərimə ödəyəcək

Real”ın futbolçusu Kilian Mbappe sabiq klubu PSJ-yə qarşı açdığı məhkəməni uduzub.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.

Mbappe keçmiş klubundan 55 milyon avro məbləğində bonusları və 2024-cü ilin aprel-iyun ayları üçün maaşının ödənilməsini tələb etmişdi. Məhkəmə fransalı hücumçunun tələbini rədd edib.

PSJ tərəfi Mbappenin azad agent kimi “Real”a keçə bilmək üçün bonus və maaş tələbindən könüllü imtina etdiyini açıqlamışdı.

İddiası rədd edilən Mbappe məhkəmə xərclərini qarşılayacaq, eyni zamanda PSJ-yə kompensasiya üçün 3 milyon avro cərimə ödəyəcək.

Benzema: “Mbappe “Real”da kuboklar qazanmalıdır”

“Əl-İttihad”ın futbolçusu Kərim Benzema “Real”ın hücumçusu Kilian Mbappe ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, həmyerlisi olan fransalı futbolçunu dəstəklədiyini söyləyib:

“Mən Mbappeni dəstəkləyirəm. Onun uğur qazanmaq üçün lazım olan hər şeyi var. İndi o, “Real”da kuboklar qazanmalıdır, amma təbii ki, bunu təkbaşına edə bilməz”.

26 yaşlı forvard bu mövsüm bütün yarışlarda 25 qol vurub və bu, “Real”ın Çempionlar Liqasında, La Liqada vurduğu qolların yarısından çoxudur.

The post Benzema: “Mbappe “Real”da kuboklar qazanmalıdır” appeared first on Komanda.az.

Mbappe: “Bu, nəzərdə tutmadığımız, tam fərqli nəticədir”

“Real”ın fransalı hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 14-cü turu çərçivəsində autsayder “Jirona”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Madrid nəhəngi autsayderlə səfər oyununda 1:1 hesablı heç-heçə ilə barışmalı olub.

“Qaymaqlılar”ın fransalı ulduz hücumçusu bu oyunla bağlı fikirlərini belə ifadə edib:

“Bu, nəzərdə tutmadığımız, tamamilə fərqli bir nəticədir. Amma çempionatın qızğın çağıdır, qarşıda çoxlu oyun var. Nəyə qadir olduğumuzu göstərməliyik”, deyə Mbappe vurğulayıb.

“Jirona”nın argentinalı qapıçısı Paulo Qassaniqa da “Real”a qarşı ev oyununda 1:1 hesablı heç-heçəni şərh edib:

“Biz üç xal qazanmaq istəyirdik. Aydın idi ki, bu gün komandamız qələbəyə oynayır. Biz “Real”dan daha çox məqam yaratdıq, amma belə bir səviyyəli rəqibə qarşı heç-heçə də yaxşı nəticədir”, deyə Qassaniqa vurğulayıb.

Qeyd edək ki, bu nəticə Madrid klubunun rəhbərliyində ciddi narazlıq və narahatlıq doğurub. Vurğulanır ki, “qaymaqlılar”ın baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso qovulma təhlükəsi ilə üz-üzə qalıb. Bununla belə, Alonsoya sınaq müddəti veriləcək ki, “Real”ı dirçəldə bilsin.

❌