Normal view

Today — 28 October 2025Main stream

Dembele: “Mbappe “Qızıl top”a layiqdir”

28 October 2025 at 09:00

PSJ-nin fransalı ulduz hücumçusu, 2025-ci ilin “Qızıl top” mükafatının qalibi Usman Dembele həmyerlisi Kilian Mbappeni tərifləyib. Arena.az xəbər verir ki, o, “Real”ın fransalı ulduz hücumçusun da bu mükafata layiq bildiyini açıqlayıb: “Karyerasını nəzərə alsaq, o, “Qızıl top”a layiqdir. Kilian mənim dostumdur. Ümidvaram ki, Mbappe bu ruhda da davam edəcək və bir gün bu fəxri mükafatı…

Source

Yesterday — 27 October 2025Main stream

“Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır”

27 October 2025 at 14:35

“Real”ın klub televiziyasının aparıcısı “Barselona” ilə keçirilən “el klasiko”da Kilian Mbappenin qolunun ləğv edilməsinə sərt reaksiya verib.

Fransalı hücumçunun qolu oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, “Real TV”-nin aparıcısı qərarla razılaşmayıb və hakimləri kəskin tənqid edib:

“Mbappenin qolunun ləğvi – bu, əsl biabırçılıqdır! Bu epizodda oyundankənar vəziyyət qeydə almaq sadəcə inanılmazdır. Belə görüntülərdən sonra qolu ləğv etmək olmaz. “Real”ın hələ də Xavyer Tebas (La Liqanın prezidenti) və Xose Maria Enrike Neqreyra (İspaniya Futbol Federasiyasının keçmiş vitse-prezidenti) liqasında lider qalması möcüzədir”.

“El klasiko” Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xabi Alonsonun komandası hazırda La Liqada 5 xallıq fərqlə liderlik edir.

The post “Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır” appeared first on Komanda.az.

Ronaldinyo, Ronaldo, Mbappe

27 October 2025 at 08:45

“Real” İspaniya La Liqasının X turunda “Barselona”nı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, madridlilərin birinci qolunu vuran Kilian Mbappe ardıcıl dördüncü “El Klasiko”da fərqlənib. O, bunu bacaran üçüncü futbolçudur.

Mbappedən əvvəl Ronaldinyo və Kriştiano Ronaldo bunu bacarıb.

“Real” 10 turdan sonra 27 xalla liderdir. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

❌
❌