Qeyri-müəyyənlik: “Son oyundan sonra danışmaq olar”
“Turan Tovuz” Premyer Liqada 15 turdan sonra 24 xalla 5-ci sıradadır.
Komandanın futbolçusu Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:
“Son oyunlarda yaxşı nəticə qazana bilmirik. Qarşıda bir oyun var və sonda fasilədi. “Kəpəz”lə matça yaxşı hazırlaşıb, qələbə qazanmaq və dövrəni yaxşı bitirmək istəyirik. Sona qədər mübarizə aparacağıq. Fasilədən sonra isə daha yaxşı “Turan Tovuz” göstərməyə çalışacağıq “.
Hacıyev son turlarda ehtiyatda qalması ilə bağlı fikirlərini bildirdi:
“Qərarı baş məşqçi verir. Biz futbolçuyuq və işimiz yaxşı hazırlaşmaqdır. Əlimdən gələnin yaxşısını etməyə çalışıram ki, formada qalım. Son qərarı məşqçi verir”.
Faiq ayrılıq iddialarına toxundu:
“Məşqçinin qərarına hörmətlə yanaşıram. Klubdakı durumla bağlı hansısa söhbətimiz olmayıb. Son oyundan sonra nəsə danışmaq olar”.
Şahin Cəfərov