Faiq Hacıyev Premyer Liqada 100-ə çatdı
11 February 2026 at 13:00
Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan Faiq Hacıyev Azərbaycan çempionatında (Premyer Liqa) 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi “Karvan”la matça (1:0) təsadüf edib.
O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 19-cu turunun görüşünə start heyətində çıxıb.
Faiq Premyer Liqada indiyə qədər keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.
25 yaşlı müdafiəçi indiyə qədər iki klubun formasını geyinib. 2019/2020-ci illər mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt etmiş Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.
Qeyd edək ki, Faiq Hacıyev Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirmiş 451-ci futbolçu olub.