Reading view

Adı “Real”la hallanan futbolçudan açıqlama

Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes gələcəyi barədə açıqlama verib. Bu açıqlama “Real”a mümkün transferlə bağlı yayılan xəbərlər fonunda diqqət çəkib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Fernandes “Çelsi”dəki çıxışının onu xoşbəxt etdiyini bildirib:

“Burada keçirdiyim illər üçün minnətdaram. Bu klubda olmaqdan zövq alıram. “Çelsi”də çıxış etmək məni xoşbəxt edir. Mən bu komandada kuboklar qazanmaq istəyirəm”.

Argentinalı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 85 milyon avrodur.

The post Adı “Real”la hallanan futbolçudan açıqlama appeared first on Komanda.az.

David Datro Fofana “Çelsi”ni “Strasburq”a dəyişdi

Futbol üzrə Kot-d’İvuar yığmasının və İngiltərənin “Çelsi” klubunun hücumçusu David Datro Fofana “Strasburq”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi 23 yaşlı forvardı bu mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.

Datro Fofana 2023-cü ilin yanvarında İsveçin “Molde” klubundan 12 milyon avro qarşılığında “Çelsi”yə transfer edilib. Gənc hücumçu London klubunun əsas komandasında cəmi 4 oyun keçirsə də, fərqlənə bilməyib. Onun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa kimidir.

Fofana daha öncə Almaniyanın “Union Berlin”, İngiltərənin “Börnli”, Türkiyənin “Göztəpə” və “Fatih Karagümrük” klublarında da icarədə olub.

Datro Datro Fofana 2019-cu ilin sentyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı Datro Fofananı 5 milyon avro məbləğində qiymətləndirir.

İngiltərə klubu Xulian Alvares üçün danışıqlara başlayıb

“Atletiko”nun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına keçməyə bir addım da yaxınlaşıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Çelsi”nin əsas transfer hədəflərindən biridir və klub artıq onun keçidi üzərində aktiv şəkildə çalışır.

Tərəflər arasında danışıqlar aparılır. Alvaresin nümayəndələrinin bu yaxınlarda Liqa kuboku çərçivəsində keçirilən “Çelsi” – “Arsenal” (0:1, ilk oyun – 2:3) oyunu zamanı Londonda olması da bu iddiaları daha da gücləndirib. Daha əvvəl “Arsenal”ın da onunla maraqlandığı xəbərləri yayılmışdı.

“Transfermarkt” portalına əsasən, Alvaresin bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Daha öncə onun üçün əsas namizəd kimi “Barselona” göstərilsə də, Premyer Liqa klublarının maliyyə imkanları kataloniyalılarla müqayisədə daha üstün hesab olunur.

Beləliklə, 26 yaşlı forvardın gələcək karyerasının İngiltərə ilə bağlı olması ehtimalı getdikcə artır.

The post İngiltərə klubu Xulian Alvares üçün danışıqlara başlayıb appeared first on Komanda.az.

Sterlinq ortada qalıb – Premyer Liqada oynaya bilməz

“Çelsi”nin sabiq oyunçusu Rahim Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında iştirak etməyəcək.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sərbəst agent statusunda olmasına baxmayaraq, İngiltərə çempionatının son mərhələsi üçün qeydiyyat müddəti bitmədən yeni klub tapmayıb.

Klublar azad agent statusunda olan futbolçuları martın 26-dək transfer edə bilərlər, ancaq bunun üçün heyətdə 25-dən az oyunçu olmalıdır. Hazırda Premyer Liqada belə klub yoxdur.

İngiltərəli futbolçu cari mövsümdə hələ heç bir oyunda iştirak etməyib.

The post Sterlinq ortada qalıb – Premyer Liqada oynaya bilməz appeared first on Komanda.az.

Argentinalı futbolçu “Real”a keçmək istəyir

Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes klubunu dəyişmək niyyətindədir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Real”a keçmək istəyir.

Argentinalı futbolçu İngiltərənin dumanlı havasından narazıdır və daha günəşli ölkədə çıxış etmək arzusundadır. “Kral klubu” isə onu komandaya qatmaqdan məmnun olar.

Fernandesin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. O, cari mövsümdə 36 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post Argentinalı futbolçu “Real”a keçmək istəyir appeared first on Komanda.az.

Aksel Disasi “Çelsi”ni “Vest Hem”ə dəyişdi

“Çelsi”nin konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının da üzvü olan Aksel Disasi bundan sonra “Vest Hem”də çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarə əsasında bu komandada çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Aksel Disasi isə “Çelsi”yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində “Monako”dan keçib. “Zadəganlar”ın Disasi ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. O, London təmsilçisinin heyətində bütövlükdə 61 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. Daha çox “Monako”dakı çıxışı ilə məşhurlaşmış futbolçu 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb. O, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 5 oyun keçirib.

Xatırladaq ki, Disasi ötən mövsüm “Aston Villa”da da icarədə olub.

Rahim Sterlinq “Çelsi”ni tərk etdi – Rəsmi

Rahim Sterlinq “Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək İngiltərə klubundan birdəfəlik ayrılıb.

Arena.az bu barədə London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Zadəganlar”ın heyətində forma şansı qazanmaqda çətinlik çəkən ingilis hücumçu çıxış yolunu klubdan birdəfəlik ayrılmaqda görüb. Azad agentə çevrilən Sterlinq hazırda özünə yeni komanda axtarmaqdadır. Onun klubla hələ 18 aylıq müqaviləsi mövcud idi.

Xatırladaq ki, “Çelsi” Sterlinqi 2022-ci ilin yayında “Mançester Siti”dən 56,2 milyon avro müqabilində transfer etmişdi. O, London təmsilçisinin heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.

Sterlinq 2024/2025-ci illər mövsümündə “Arsenal”da icarədə də olub – 28 oyun, 1 qol və 5 assist.

Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.

Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.

Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis sol vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

❌