Adı “Real”la hallanan futbolçudan açıqlama
Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes gələcəyi barədə açıqlama verib. Bu açıqlama “Real”a mümkün transferlə bağlı yayılan xəbərlər fonunda diqqət çəkib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Fernandes “Çelsi”dəki çıxışının onu xoşbəxt etdiyini bildirib:
“Burada keçirdiyim illər üçün minnətdaram. Bu klubda olmaqdan zövq alıram. “Çelsi”də çıxış etmək məni xoşbəxt edir. Mən bu komandada kuboklar qazanmaq istəyirəm”.
Argentinalı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 85 milyon avrodur.
The post Adı “Real”la hallanan futbolçudan açıqlama appeared first on Komanda.az.