Reading view

Azərbaycan millisi Macarıstanla üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası  dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, milli səfərdə Macarıstanla qarşılaşacaq.

Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Azərbaycan millisi ilk oyunda Şimali Makedoniyanı məğlub edib – 1:0.

Macarıstan – Azərbaycan matçı portuqallara tapşırıldı

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Söhbət qadın futbolçulardan ibarət komandalar arasında keçirilən dünya çempionatının (DÇ-2027) seçmə mərhələ oyunundan gedir. C Liqasının 3-cü qrupu çərçivəsində təşkil olunacaq qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Filipa Pereyra Kunya olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alves yerinə yetirəcək.

Qeyd edək ki, martın 7-də Felksutdakı “Panço Arena”da keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
7 mart

17:30. Macarıstan – Azərbaycan
Hakimlər: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (hamısı Portuqaliya).
Felksut, “Panço Arena”.

Siyasət Əsgərov: “Bunu bacardığımız üçün qürur duyuruq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Şimali Makedoniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da üz-üzə gəliblər.

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Əsgərov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı gün oldu. Əlbəttə, çətin oyun alındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.

Siyasət Əsgərov martın 7-də səfərdə Macarıstan yığması ilə keçiriləcək matçdan da uğurlu nəticə ilə dönməyi hədəflədiklərini söyləyib:

“Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.

Azərbaycan millisi seçmə mərhələyə inamlı qələbə ilə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində mübarizəyə start verib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutmuş görüşü Polşadan olan hakimlər briqadası idarə edib. Rəqibindən daha üstün oyun nümayiş etdirmiş millimiz yekunda inamlı qələbəyə sevinib. Komandamızın hər iki qolunu Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 7-də Macarıstan yığmasına qarşı keçirəcək. Bu görüş Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
3 mart

Azərbaycan – Şimali Makedoniya 2:0
Qollar: Sevinc Cəfərzadə, 28; 78.
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)
Mərdəkan. “Dalğa Arena”. Saat 15:00.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Alina Nəhmədova, 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 11. Vüsalə Seyfəddinova, 23. Yeliz Acar, 14. Coşqunə Əliyeva, 9. Sevinc Cəfərzadə (k), 20. Peritan Bozdağ.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Mədinə Curuqova, 8. Aysun Muradova, 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 17. Vüsalə Hacıyeva, 18. Ayşən Salamzadə, 19. Xanım Əsədova, 21. Aydan Həsənova.
Baş məşqçi: Siyasət Əsgərov.

Şimali Makedoniya: 1. Viktoriya Pançurova (k), 5. Pavlinka Nikolovska, 6. Mila Paneva, 19. Simona Meyer, 21. Boyana Petkova, 7. Melaniya Qrozdanova, 8. Aleksandra Markovska, 14. Eva Veliçkovska, 10. Teona Qalabovska, 9. Yilza Maksuti, 11. Hava Mustafa.
Ehtiyat oyunçular: 12. Vedrana Komnenova, 22. Berna Kabakçı, 2. Andrea Kolovska, 3. Ane Boşeska, 4. Katerina Petkova, 13. Yovana Pavlovska, 15. Elena Paneska, 16. Kristina Krsteva, 17. Nastasya Nakova, 18. Xristina Yoşevska, 20. Vaska Vasileva, 23. Kalina Popeski.
Baş məşqçi: Aleksandar Andov.

Azərbaycan millisi seçmə mərhələyə Bakıda start verir

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində mübarizəyə start verəcək.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.

“Dalğa Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Anna Adamskaya meydanda Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Dyakov yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 7-də Macarıstan yığmasına qarşı keçirəcək. Bu görüş Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
3 mart

Azərbaycan – Şimali Makedoniya
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)
Mərdəkan. “Dalğa Arena”. Saat 15:00.

Siyasət Əsgərov: “Əlimizdən gələni edəcəyik”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov jurnalistlərə açıqlama verib.

Arena.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib.

Siyasət Əsgərov bu oyunda qələbə qazanmaq istədiklərini bəyan edib:

“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa saat 15:00-da start veriləcək.

Emin Cəfərov Kosovo – Cəbəllütariq matçına təyinat aldı

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Emin Cəfərov qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun 1-ci turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.

Azərbaycan – Şimali Makedoniya matçı Annaya tapşırıldı

Qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq bu oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Anna Adamska olacaq. Ona yan xətt hakimləri Yuliya Bukaroviç və Anjelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.

Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
3 mart

Azərbaycan – Şimali Makedoniya
Baş hakim: Anna Adamska.
Baş hakimin köməkçiləri: Yuliya Bukaroviç, Anjelika Novak.
Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır).
Bakı. “Dalğa Arena”. Saat 15:00.

❌