Reading view

Kurban Berdıyev: “Qəbələ”yə daha çox qol vura bilərdik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Qarşılaşmaya yaxşı başlamışdıq. Amma ilk hissənin ortalarından etibarən üstünlüyü rəqibə verdik. İkinci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Fikrimcə, daha çox qol vura bilərdik.

Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Hələ qarşıda çoxlu matçımız var. Növbəti oyunlara hazırlaşmalıyıq. Arxayınlaşmaq olmaz”.

Xatırladaq ki, “Turan Tovuz” hazırda 48 xalla Premyer Liqanın yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Berdıyev: “Vacib və çətin qələbə oldu”

Misli Premyer Liqasının XXV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (3:2) sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Çətin oyun və çətin qələbə oldu. Oyuna yaxşı başlamışdıq. Birinci hissənin ikinci yarısından etibarən təşəbbüsü rəqibə verdik. İkinci hissəni bütövlükdə yaxşı oynadıq. Hesabı bir qədər də artıra bilərdik. Çox vacib və çətin qələbə oldu”.

Kurban Berdıyev: “Kəpəz”lə matçda 2 xal itirdik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 24-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kurban Berdıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Təəssüf ki, çox vacib 2 xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq.

Faiq Hacıyev uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir. Roderik Miller də zədəli olduğu üçün oynamır.

İddialı rəqiblərə qalib gəldikdən sonra daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyimizi reallaşdıra bilmirik. Həm “Zirə”, həm də “Neftçi” ilə oyunlardan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik”.

❌