Tovuzdan lider qayıdanlar
“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. “Bayquşlar” Tovuz səfərində “Turan Tovuz”a 3:1 hesabıyla qalib gəlib.
Görüşün startından sona qədər daha nizamlı və üstün oynayan “futuristlər” qələbə sayəsində müvəqqəti liderliyə yüksəlib. Valdas Dambrauskas çempionatda son ayların ən formada komandasıdır. Hücum fazasında daha aktiv olan və qısa ötürmələrlə rəqib müdafiəsinə çətinlik yaşatmağı bacaran “Sabah” Tovuzda qalib gəlməklə “Qarabağ“la oyunöncəsi xüsusi motivasiya qazandı.
“Turan Tovuz” isə enişdədir. Turnir cədvəlində 24 xalla 5-ci sırada qərarlaşan bölgə təmsilçisi nəticələr bir yana, sərgilədiyi oyunla ümid vermir. Baş məşqçi Kurban Berdıyev də çətin situasiyanı qəbul edir. Mövsümün əvvəlində çempionluq iddiası ilə yola çıxan tovuzlular artıq yarışdan yavaş-yavaş uzaqlaşmaqdadır.
Liqada ən yaxşı heyətə sahib kollektivlərdən olan tovuzlularda konkret problemin nədə/kimdə olduğu qeyri-müəyyəndir. Bu heyət mövsümün əvvəlində yaxşı nəticələrlə seçilib, bir müddət liderliyə yüksəlib. Lakin enişin konkret səbəbləri məlum deyil. Son turlardakı xal itkiləri komanda üçün gələcəkdə avrokubok zonası üçün belə təhlükə yarada bilər.
Şahin Cəfərov