Reading view

“Arsenal”da itki: İki ulduz “Sportinq”ə qarşı oynamayacaq 

​”Arsenal”ın baş məşqçisi Mikel Arteta sabah keçiriləcək Çempionlar Liqası matçı öncəsi komandadakı son vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

Futbolpress.az xəbər verir ki, insayder Fabrisio Romanonun verdiyi məlumata görə, “topçular” Portuqaliya səfərinə ciddi itkilərlə yola düşürlər.

Komandanın əsas simalarından olan Bukayo Saka və müdafiəçi Yurrien Timber zədə səbəbindən “Sportinq”ə qarşı keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəklər. Hər iki futbolçunun sabahkı oyunun heyətindən çıxarıldığı təsdiqlənib.

Arteta azarkeşləri sevindirəcək xəbərləri də paylaşıb. Belə ki, zədədən qayıdan Qabriel Maqalhaes, Deklan Rays və Leandro Trossard artıq tam hazırdırlar. Baş məşqçi hər üç futbolçunun “Alvalade” stadionunda keçiriləcək gərgin mübarizədə iştirak edə biləcəyini rəsmən bildirib.

​Qeyd edək ki, “Sportinq” – “Arsenal” qarşılaşması sabah gecə keçiriləcək.

“Barselona” – ÇL-in 2026/27 mövsümünün ilk iştirakçısı!

İspaniyanın “Barselona” komandası UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün ilk iştirakçısı olub.

Arena.az xəbər verir ki, hazırda 29 oyundan 73 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edən Kataloniya təmsilçisi heç bir halda 4-cü pillədən aşağı düşməyəcək.

Bu isə “blauqrana”ya UEFA Çempionlar Liqasının növbəti mövsümündə qrup mərhələsində iştiraka imkan verir. “Barselona” ÇL-in qrup mərhələsinə vəsiqəni təmin etmiş ilk komandadır. Digər iştirakçıların adları daha sonra müəyyənləşəcək.

Xatırladaq ki, ÇL-in növbəti mövsümündə pley-off mərhələsinə də bir vəsiqənin sahibi məlumdur. Bu, Danimarka çempionu “Vikinq”dir. “Myalbü” (İsveç) və “Bodo Qlimt”in (Norveç) 2-ci təsnifat mərhələsində, “Vikinqur” (İslandiya), “KuPS” (Finlandiya), “Şemrok Rovers” (İrlandiya), “Kayrat” (Qazaxıstan), “Kauno Jalgiris” (Litva), “Vitebs” (Belarus), “Riqa” (latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya) və TNS-in (Uels) isə 1-ci təsnifat mərhələsində çıxış edəcəyi də indidən bəllidir.

❌