Reading view

Spens: “İnanırıq ki, liqada qala bilərik”

“Karvan-Yevlax” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Yevlax təmsilçisinin futbolçusu Kayl Spens “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Ötən oyunda qələbə qazandıq və buna görə çox xoşbəxtik. Azarkeşlərimizi sevindirə bildiyimiz üçün şadıq. Komanda olaraq inanırıq ki, liqada qala bilərik, şanslarımız hələ də davam edir. Özümüzə inanırıq və qələbənin davamını gətirməyə çalışacağıq. “Şamaxı”nın gücünü bilirik. Bu mövsüm iki oyunda onlara uduzmuşuq. Bu gün fərqli nəticə əldə etmək istəyirik. Düşünürəm ki, fanatlarımızı yenidən sevindirə biləcəyik. Qələbə şanslarımızı qoruyacaq və buna görə də oyunun məsuliyyətini dərk edirik”.

Spensin klubla müqaviləsi yayda başa çatır. O, gələcəyi ilə bağlı hələ qərar vermədiyini söylədi:

“Qərarımı verməmişəm. Bütün diqqətim oyunlardadır. Zaman necə olacağını göstərəcək. İndi isə komandaya kömək etməyi düşünürəm”.

“Karvan-Yevlax” – “Şamaxı” oyunu saat 15:30-da start götürəcək.

Şahin Cəfərov

❌