Reading view

Simeone: “İçimdə sakitlik var”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Arsenal”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Mübarizəni dayandırdıqsa, deməli, rəqib finala daha çox layiq idi. Onlar şanslarından maksimum yararlandılar və bir qolla oyunun taleyini həll etdilər. Necə hiss etdiyimi soruşsanız… içimdə sakitlik var. Bilirəm ki, komandam meydanda bütün gücünü qoydu”.

“Arsenal” finalda PSJ – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.

Simeone: “Onların rahat oynamasına imkan verməməliyik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün “Arsenal”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis komandasının final şanslarını dəyərləndirib:

“Oyunun tələb etdiyi dərəcədə intensiv olmalıyıq. Həm komanda, həm də fərdi baxımdan yüksək səviyyədə çıxış etməliyik. Rəqibin heyətində keyfiyyətli futbolçular var, onlara rahat oynamaq imkanı verməməliyik.

İlk matçda pis təsir bağışlamadıq. İndi daha artırmalı və final üçün mübarizə aparmalıyıq. İnanıram ki, yaxşı nəticə qazanacağıq”.

“Arsenal” – “Atletiko” oyunu saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda bərabərlik qeydə alınıb.

ÇL: “Arsenal” finalda!

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası yarımfinal mərhələsinin cavab oyununda Madrid “Atletiko”sunu minimal hesabla məğlub edib. “Topçular” iki oyunun nəticəsinə görə adını finala yazdırıb.

“Arsenal”ın finaldakı rəqibi PSJ – “Bavariya” cütünün qalibi olacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

5 may

23:00 Arsenal – Atletiko 1:0
Qol:
Saka, 45

❌