Normal view

Today — 15 June 2026Main stream

İsmayıl daha bir il Azərbaycanda qalmaq istəyir (AÇIQLAMA)

15 June 2026 at 15:28

“Şəfa”nın futbolçusu İsmayıl Zülfüqarlıya təkliflər var. Bu barədə cinah oyunçusu “Futbolpress.az“a açıqlamasında bildirdi. O, klubla müqaviləsinin davam etdiyini və daha bir mövsüm Bakı təmsilçisində qalmaq istədiyini qeyd etdi:

“Şəfa” ilə müqaviləm davam edir. Başqa təkliflər də var, ancaq burda qalmaq niyyətindəyəm. Premyer Liqa klublarından və ölkə xaricindən maraq var, lakin düşünürəm ki, burda qalıb, özümü inkişaf etdirməli, daha sonra legioner olmalıyam. Ölkə xaricinə tam formada getmək və Azərbaycanı layiqincə təmsil etmək istəyirəm”.

İsmayıl “Neftçi”nin yetirməsidir. 25 yaşlı müdafiəçi 2019-2024-cü illərdə “ağ-qaralar”da çıxış edib. Daha sonra “Turan Tovuz”a yollanan Zülfüqarlı 2025-ci ilin yayından isə “Şəfa”da çıxış edir.

Cinah oyunçusu Azərbaycanın U-21 millisində 10 oyunda 2 qol vurub. İsmayıl daha əvvəl əsas yığmaya da dəvət almasına baxmayaraq, hələ debüt etməyib.

Şahin Cəfərov

❌
❌