Normal view

Today — 24 March 2026Main stream

Şahruddin müəmması

24 March 2026 at 09:03

Ayxan Abbasovun milli komandanın baş məşqçisi olmasında idman mediasının müstəqil kəsiminin ciddi rolu olub. Daha doğrusu, yeni AFFA rəhbərliyinin sələflərindən fərqli olaraq, ictimai fikrə nisbətən həssas yanaşdığını görüb ən çox pressinq tətbiq etdiyimiz istiqamətlərdən biri milli komandanın yerli mütəxəssisə həvalə olunması məsələsi idi.

Tarixi şərait elə gətirdi ki, bu alındı və həmin şəxs Ayxan Abbasov oldu.

Oldu.

Amma Şahruddin Maqomedaliyevin yığmaya dəvət olunması olmadı…

3 aydır meydana çıxmayan qapıçı pis mövsüm keçirməyən Yusif İmanovdan nəyi ilə üstündür?

Abbasov oyun praktikasından əziyyət çəkən Şahruddini milliyə çağırmaqla hansı məntiqə əsaslandığını bildirməlidir.

İctimaiyyətdə belə fikir formalaşıb ki, İmanovun “Sabah”dan məlum qalmaqallı ayrılığı bugünkü vəziyyətin əsas səbəbidir.

Ölkə futbolunu yaxından izləyənlərin bunu iddia etməsi, müxtəlif konspiroloji versiyaların cücərməsi qətiyyən xoş məsələ deyil, Abbasov.

Biz demokratik mühitin adamlarıyıq, amma məntiqli…

Hətta Qurban Qurbanovun bu məsələyə təəccübünü gizlətməməsi… ciddi suallardan biridir.

Azərbaycan millisinə dəvət məsələsi həmişə qarışıq müzakirələrə səbəb olub. Lakin indiki dövrdə belə halın olması xoş deyil və məsuliyyətli tərəf(lər) bunu SOS kimi qəbul etməlidir.

İzah verilməlidir. Aşkarlıq prinsipi qorunmalıdır.

Əks halda, tərəf(lər) adbaad sual altına qoyulacaq.

Elçin Cəlilov

❌
❌