“Neftçi” Banişevskinin 9 nömrəli formasını əbədiləşdirdi
Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi” əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, 2026/2027-ci illər mövsümündən etibarən komandanın 9 nömrəli forması Banişevskinin xatirəsinə rəsmən istifadədən götürüləcək və heç bir futbolçuya verilməyəcək. Qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
Bildirilib ki, Anatoli Banişevski 16 il ərzində “Neftçi”nin 9 nömrəli formasını şərəf və sədaqətlə geyinib. O, bu nömrə altında çoxsaylı qələbə qolları vuraraq klubun adını yüksəklərə daşıyıb.
Bu addım 89 illik tarixi ərzində Azərbaycan futboluna mühüm töhfələr vermiş paytaxt təmsilçisinin şanlı keçmişinə və klubun formasını daşımış bütün futbolçulara hörmətin ifadəsidir.