Normal view

Today — 12 June 2026Main stream

Besnik Hasi – “Amedspor”un yeni baş məşqçisi!

12 June 2026 at 09:00

Albaniyalı futbol mütəxəssisi Besnik Hasi Türkiyə Super Liqasına vəsiqə qazanmış “Amedspor” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, baş məşqçi postunda Mesut Bakkalı əvəz edib.

Mesut Bakkal bu ilin fevral ayından “Amedspor”a rəhbərlik edirdi. Amma mövsümün sonunda klub rəhbərliyi təcrübəli mütəxəssislə yollarını ayırmışdı.

Besnik Hasi isə son olaraq Belçikanın “Anderlext” komandasına rəhbərlik edib. O, məşqçiliyə də elə 2008-ci ildə “Anderlext”də başlayıb. Amma 2016-cı ildə bu klubdan ayrılmış Hasi “Legiya” (Varşava), “Olimpiakos”, “Əl-Raed”, “Əl-Əhli, “Mexelen” kimi komandaları da çalışdırıb.

Hasi “Anderlext”ə 2025-ci ilin mart ayında qayıtsa da, bu ilin fevralında qovulmuşdu. Albaniyalı məşqçi həmin dövrdən bəri işsiz idi.

Yesterday — 11 June 2026Main stream

Elitaya yüksələn klub alban məşqçi gətirdi

11 June 2026 at 09:52

Türkiyə Super Liqasına yüksələn “Amedspor”un yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Besnik Hasiyə tapşırılıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Alban məşqçi daha əvvəl “Olimpiakos”, “Mexelen”, “Anderlext”, “Legiya” kimi komandalara rəhbərlik edib.

❌
❌