Braziliya klubu “Qarabağ”a ikinci dəfə təklif göndərib
“Botafoqo” klubu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək üçün ikinci rəsmi təklifini təqdim edib.
Komanda.az xəbər verir ki, təklifin forması əvvəlki kimi, satınalma bəndi ilə icarəyə götürməkdir. Bu barədə “Globo” nəşri məlumat yayıb.
Rio-de-Janeyro klubu bu dəfə “Qarabağ”a ödəniləcək icarə haqqının məbləğini də artırıb.
24 yaşlı futbolçu “Botafoqo”nun qış transfer pəncərəsində əsas hədəflərindən biridir. Braziliya klubu Bikalyodan başqa, “Ferentsvaroş”da çıxış edən Julio Romaonu da heyətinə qatmağa çalışır.
Danışıqları “Dunkirk Sports” şirkətinin nümayəndəsi Breno Şartyer aparır. “Botafoqo” Bikalyo ilə hələlik maaş məsələsini müzakirə etməyib, lakin futbolçu ölkəsinə mümkün qayıdışı müsbət qarşılayır.
Bikalyo mövsümün əvvəlində “Qarabağ”a keçib.
The post Braziliya klubu “Qarabağ”a ikinci dəfə təklif göndərib appeared first on Komanda.az.