Keçmiş “Sabah”lı: “Liderlik onları eyforiyaya salmamalıdır”
“Sabah” Premyer Liqada 21 turdan sonra 52 xalla birinci sıradadır. “Bayquşlar” ehtiyatda bir oyunu olan “Qarabağ”ı 7 xal qabaqlayır.
“Sabah”ın sabiq futbolçusu Filip İvanoviç “Futbolpress.az“a açıqlamasında “futuristlər”in çıxışını dəyərləndirdi:
“Sabah”ın oyunlarını izləyirəm. Komanda yaxşı təsir bağışlayır. Liderlik onları eyforiyaya salmamalıdır. Oyundan-oyuna irəliləməlidirər. “Qarabağ”la arada xal fərqi olmasına baxmayaraq, diqqəti əldən vermək olmaz. Qarşıda hələ çox oyun var və düşünürəm ki, bu tempi qorumalıdırlar.
“Sabah”ın yaxşı baş məşqçisi, keyfiyyətli heyəti var. Ümid edirəm ki, çempionluq yolunda büdrəməzlər və mövsümün sonunda klubda yeni tarix yazmağı bacararlar”.
İvanoviç 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib. O, “futuristlər”lə 59 oyunda meydana çıxıb və 2 qol vurub.
Şahin Cəfərov