Normal view

Today — 12 April 2026Main stream

Portuqaliyalı hücumçu: “Məqsədimiz liqada qalmaqdır”

12 April 2026 at 14:30

“İmişli” Misli Premyer Liqasının XXVII turunda “Qəbələ”nin qonağı olacaq. Bu gün keçiriləcək matça saat 15:30-da start veriləcək.

“İmişli”nin hücumçusu Dioqu Kardozu “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

“Uzun müddət idi qol vura, xal qazana bilmirdik. Ötən oyunda bu seriyanı qırdıq. “Qəbələ” ilə matça da yaxşı hazırlaşmışıq. Görüşün əhəmiyyətini bilirik. Yaxşı nəticə qazanmağa çalışacağıq”.

Fevralda komandaya qoşulan portuqaliyalı forvard yeni klubuna uyğunlaşmasından danışdı:

“Yeni ölkəyə uyğunlaşmaq heç vaxt asan olmur. Bu, həm də Portuqaliyadan kənarda ilk təcrübəmdir. Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqda məlumatım var idi. Burda oynayan bəzi tanışlardan da fikirlər öyrəndim. Eyni zamanda, “Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri ölkə futbolunun yaxşı səviyyəsi olduğundan xəbər verir”.

Kardozu komandanın hədəflərinə toxundu:

“Mehriban kollektiv var. Burda hər kəs bir ailə kimi birləşib. Məqsədimiz liqada qalmaqdır və bunu bacaracağımıza inanıram. Hər kəs işinin məsuliyyətini dərk edir”.

Şahin Cəfərov

❌
❌