Normal view

Today — 11 February 2026Main stream

Nəriman Axundzadə rəsmən ABŞ klubunda!

10 February 2026 at 22:30

Azərbaycan millisinin və “Qarabağ”ın cinah hücumçusu Nəriman Axundzadə bundan sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb.

O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmən komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Ağdam klubu da bu transferi təsdiqləyib: “Klubumuzla ABŞ təmsilçisi “Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb: Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. “Qarabağ”ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Bu illər ərzində klubumuzun uğurları üçün çalışan Nəriman Axundzadəyə göstərdiyi əzmə, peşəkarlığa və verdiyi töhfələrə görə təşəkkür edir, karyerasının yeni mərhələsində ona uğurlar arzulayırıq”.

Xatırladaq ki, “Qarabağ”ın öz yetirməsi hesab olunan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubu Azərbaycan çempionuna 2,5 milyon avro ödəyib.

Nəriman Axundzadə ABŞ klubuna keçir – Rəsmi

10 February 2026 at 12:00

Azərbaycan millisinin və “Qarabağ”ın cinah hücumçusu Nəriman Axundzadə bundan sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun yaydığı açıqlamada bunlar qeyd edilib: “Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”.

Xatırladaq ki, “Qarabağ”ın öz yetirməsi hesab olunan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edir. Sağ cinah vingeri indiyə qədər “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Sonda onu da qeyd edək ki, “Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubunun Azərbaycan çempionuna 2,5 milyon avro ödəməsi gözlənilir.

❌
❌