Messi İspaniyadan klub alır
16 April 2026 at 20:30
Dünya futbolunun əfsanəsi Lionel Messi karyerasında yeni və maraqlı bir səhifə açır.
Futbolpress.az xəbər verir ki, ulduz futbolçu İspaniya klublarından birini tamamilə öz mülkiyyətinə keçirməyə hazırlaşır.
Məşhur insayder Fabrizio Romanonun yaydığı məlumata görə, Messi İspaniya üçüncü divizionunda mübarizə aparan “UE Kornella” klubunu satın alır. Klubun yerləşdiyi Kataloniya bölgəsi Messinin uzun illər “Barselona”da çıxış etdiyi və onun üçün doğma sayılan bir məkandır.
Xəbərdə qeyd olunur ki, Messi klubun səhmlərinin 100%-nə sahib olacaq.
O, kluba yeni nəfəs gətirməyi və gənc istedadların yetişdirilməsi üçün yeni bir sistem qurmağı hədəfləyir.