Normal view

Today — 3 July 2026Main stream

“Qrupdakı oyunlar hər komandanın sürpriz potensialında olduğunu göstərdi”

3 July 2026 at 15:27

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında pley-off oyunları davam edir.

Veteran futbolçu Nadir Nəbiyev mundialla bağlı Futbolpress.az-ın suallarını cavablandırdı:

– Oyunları izləyə bilirsiniz?
– Düzü, saat fərqinə görə oyunlara baxmaq çətin olur, amma vaxt tapdıqca izləməyə çalışıram. Ümumi nəzər yetirəndə, fransızlar daha şanslı görünür. Heyətləri, sərgilədikləri oyun onları digər komandalardan bir addım öndə göstərir.

– 48 komandalı yeni formatın uğurlu olduğunu düşünürsünüz?
– Bəli, məncə, yaxşıdır. Maraqlı matçların sayı daha çoxdur. Gözləntilərin aşağı olduğu komandaların nəticə verməsi, digər sürpriz nəticələr mundialı daha baxımlı edir. Bircə təəssüf doğuran məqam bəzi oyunlarda azarkeş sayının çox aşağı olmasıdır.

– Hansı komandaya azarkeşlik edirsiniz?
– Türkiyə və Özbəkistana azarkeşlik edirdim. Əfsuslar olsun ki, hər ikisi qrupda qaldı. Xüsusilə, türklərin erkən vidası gözlənilməz oldu.

– Türkiyənin uğursuz nəticəylə yadda qaldığı mundialda Kabo Verde kimi pley-offa yüksələrək sensasiya edən komanda da var…
– Türkiyə millisi çox rahatlaşmışdı, bəlkə də, bu, onlara baha başa gəldi. Ümumiyyətlə, bəzi komandaların mundiala vəsiqə qazanmağı əvvəldən təəccüb yaratmışdı. Lakin qrupdakı oyunlar hər komandanın sürpriz potensialında olduğunu göstərdi. Bunlar dünya çempionatını daha baxımlı edən amillərdəndir. Məsələn, Kabo Verde yığması… Onların qapıçısı Vojinyanı mundiala qədər bəlkə də, heç kim tanımırdı, amma ispanlarla oyundakı çıxışına görə bir müddət gündəmdə qaldı. Mənim üçün digər gözlənilməz isə Mərakeşin Niderlandı keçməsi oldu.

– Qarşıda hələ çox oyun var, sürprizlər qaçılmazdır. Bəs, favoritiniz kimdir?
– İndiyədək oyunlara baxsaq, Fransa bir addım öndədir. Demək olar, ən yaxşı futbolu onlar sərgiləyir.

– Bombardir kim olacaq? Messi, yoxsa Mbappe?
– Mbappenin bombardirlik yarışında daha öndə olduğunu düşünürəm. Məncə, hansı komanda daha irəli getsə, hücumçusu da “qol kralı” olacaq.

Şahin Cəfərov

❌
❌