Normal view

Yesterday — 8 April 2026Main stream

“Şamaxı”lı: “Bu, bizə böyük motivasiya verir”

8 April 2026 at 15:21

“Şamaxı” Misli Premyer Liqasının XXVI turunda “Zirə” ilə heç-heçə edib – 1:1. Bölgə təmsilçisinin futbolçusu Oruc Məmmədov matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı. Yarımmüdafiəçi bərabərliyi belə şərh etdi:

“Çətin oyun olacağını bilirdik. “Zirə” yaxşı komandadır. Onlara qarşı 10 nəfərlə oynamaq əlavə çətinlik yaradır. Ancaq sona qədər mübarizə apardıq və bir xal qazandıq. “Zirə”nin təzyiqini gözləyirdik. Biz azlıqda qalandan sonra daha çox pressinq etməyə başladılar. Təmkinli olduq, səbirli davrandıq. Son dəqiqədə vurduğumuz qolla da istədiyimiz xalı qazandıq”.

“Şamaxı” 31 xalla 8-ci sırada qərarlaşıb. Komandanın liqada qalması dəqiqləşib. Oruc bundan sonra hədəflərinin yuxarı sıralara qalxmaq olduğunu bildirdi:

“Məqsəd liqada qalmaq idi, amma indi daha yuxarı pillələrə çıxa bilərik. Bu, bizə böyük motivasiya verir. Qarşıdakı oyunlarda da maksimumu edib, xallar qazanmağa çalışacağıq. Mövsümün sonunda harada olacağımızı görəcəyik”.

Şahin Cəfərov

❌
❌