Normal view

Yesterday — 22 February 2026Main stream

Kumiri Messidir: “Avropada oynamağı arzulayıram” (MÜSAHİBƏ)

22 February 2026 at 11:00

“Şamaxı”nın futbolçusu Oruc Məmmədovun “Futbolpress.az“a müsahibəsi:

– Komandanın son nəticələrini necə şərh edərdin?
– Çalışırıq ki, hər oyun rəqibə baxmadan bütün gücümüzlə mübarizə aparaq. Bunun nəticəsində xallar toplaya bilirik. Düşünürəm ki, bundan artığını da etmək gücündəyik.

– Ötən turda “Turan Tovuz”la matçda qələbəyə daha yaxın idiniz. Qələbə üçün nə çatmadı?
– “Turan Tovuz”un oyun üslubunu bilirdik. Onları yaxşı təhlil etmişdik və harda boşluqlar verə biləcəklərini anlayırdıq. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Belə matçlar bizim üçün təcrübədir. Daha yaxşı olacağıq.

– Kubokda ilk oyunda “Qarabağ”ı məğlub etmisiniz. Cavab görüşündə üstünlüyünüzü qoruya biləcəksiniz?
– İlk oyundakı qələbəyə görə sevindik. Lakin onların gücünü bilirik. Cavab oyunu çox çətin olacaq. Diqqətli oynayıb, mərhələni keçməyə çalışacağıq.

– Heyətinə görə sizdən daha güclü rəqiblərə qarşı yaxşı mübarizə aparırsınız. Gənc heyətlə təcrübəli komandalardan xal almağı nəyə borclusunuz?
– Gənc oyunçular olaraq hamımız çox çalışırıq. Hər kəs Premyer Liqada şans qazanmaq istəyir, həvəsli və arzuludur. Məncə, belə istək davam etdiyi halda, yaxşı nəticələrimizin davamı gələcək.

– Ayxan Abbasovun ölkə futboluna qazandırdığı adlardansınız. Lakin daha əvvəl neçə futbolçu olub ki, tez parlayıb tez də sönüb. Özünüzü 5 il sonra harda görürsünüz?
– Ayxan müəllimə təşəkkür edirəm ki, mənə güvəndi, şans verdi. Hədəflərimə çatmaq üçün çox çalışacağam. 5 il sonra harda olacağımı indi deyə bilmirəm. Klubla müqaviləm var və komandanın uğurları üçün əlimdən gələni edəcəyəm.

– Arzusunda olduğun xüsusi klub var?
– Açığı, bu haqda heç düşünməmişəm, amma hər gənc kimi, mən də Avropada oynamağı arzulayıram.

– Kumirin kimdir?
– Lionel Messi. Uşaqlıqdan onun oyunlarına heyranlıqla baxıram.

Şahin Cəfərov

❌
❌