Normal view

Today — 1 June 2026Main stream

Roderik Miller “Marakana”da Braziliyaya qarşı oynadı

1 June 2026 at 16:30

Panama millisinin və “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller Braziliya yığması ilə yoxlama oyununun iştirakçısı olub.

Arena.az xəbər verir ki, DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında bu gün Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib.

Görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi də olub. 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətində yer alıb. Bununla da Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət almış ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Panama millisi dünya çempionatında Xorvatiya, İngiltərə və Qana yığmaları ilə birgə L qrupunda mübarizə aparacaq.

Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 80 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.

Roderik Panama millisində 48 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

“Turan Tovuz”un futbolçusu Braziliyaya qarşı oynadı

1 June 2026 at 08:45

“Turan Tovuz”un futbolçusu Roderik Millerin formasını geyindiyi Panama yığması yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Braziliya seçməsi ilə qarşılaşıb. Matç “sambaçılar”ın qələbəsiylə başa çatıb – 6:2.

Miller bu görüşdə iştirak edib. O, matçın 65-ci dəqiqəsində meydana daxil olub.

Panama yığması dünya çempionatında L qrupunda Qana, İngiltərə və Xorvatiya ilə mübarizə aparacaq. Roderi Miller yığmanın heyətinə dəvət alıb.

Before yesterdayMain stream

Roderik Miller: “Turan Tovuz”u qürurla təmsil edəcəyəm”

27 May 2026 at 21:00

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller DÇ-2026 üçün Panama millisinin yekun heyətinə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan futbolçu bu tarixi anı karyerasının ən xoşbəxt və qürurverici hadisələrindən biri kimi dəyərləndirib.

Roderik Miller əldə etdiyi uğurda Tovuz klubunun rolunu xüsusi vurğulayıb:

“Dünya çempionatına dəvət almaq karyeramın ən xoşbəxt və qürurverici anlarından biridir. Allaha, ailəmə, “Turan Tovuz”a, komanda yoldaşlarıma və məni həmişə dəstəkləyən bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Ölkəmiz üçün hər şeyi verəcəyimə söz verirəm.

“Turan Tovuz” bu nailiyyətimdə çox mühüm rol oynadı, çünki mən burada həm oyunçu, həm də insan kimi çox böyüdüm. Bu ana çatmağımda kömək edən etibar və dəstəyə görə kluba, məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərə çox minnətdaram.

Panama və “Turan Tovuz” azarkeşlərinə həmişə mənə göstərdiyi bütün dəstək və sevgiyə görə təşəkkür etmək istəyirəm. Hər ikisini Dünya kubokunda böyük qürurla təmsil edəcəyəm və əlimdən gələn hər şeyi edəcəyəm”.

❌
❌