Normal view

Before yesterdayMain stream

Dambrauskas: “Neftçi” bu gün gözləmədiyimiz düzülüşdə idi”

8 December 2025 at 22:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 14-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş oyununda meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün möhtəşəm çıxış etdilər. Bir məşqçi kimi hələ də inkişaf etdirmək istədiklərim var. Komandamın bugünkü davranışı, yanaşması çox xoşuma gəldi. Heç bir oyunçu topdan gizlənmədi. Bu cür oynayan “Sabah”ı həmişə görmək istəyirik. Azarkeşlərimizi, rəhbərliyimizi, hamını təbrik edirəm. Neytral azarkeşlər üçün də çox gərgin, çox maraqlı və çox yaxşı oyun oldu.

Ən önəmli açar bizim ilk dəqiqələrdən təşəbbüsü ələ almaq istəyimiz idi. “Neftçi” bu gün fərqli düzülüşdə idi, start heyətində gözləmədiyimiz dəyişikliklər etmişdilər. İkinci hissədə daha yaxşı çıxış edən, topa nəzarət edən, rəqibə təzyiq edən tərəf biz idik. “Neftçi”yə çox da topla oynamasına imkan vermirdik. Məni məşqçi kimi məyus və narahat edən məsələ qol fürsətlərini reallaşdıra bilməməyimizdir. Bəzən sonuncu ötürməni verə, həlledici zərbəni endirə bilmədik. Çox qol fürsətini qaçırdıq. Daha çox inkişaf etməliyik. Həftəsonu bizi çox çətin səfər və çox çətin rəqib gözləyir. Daha sonra isə “Qarabağ”la önəmli oyuna çıxacağıq.

Bir-iki aydan sonra və ya mövsümün sonunda nə baş verəcəyini demək çox çətindir. Bizim üçün önəmli olan bərpa məşqini keçmək, istirahət etmək və növbəti matça hazırlaşmaqdır”.

Dambrauskas Aleksey İsayevin bu oyunda zədələnməsinə də münasibət bildirib:

“Aleksey bizim üçün önəmli oyunçudur, artırmaqdadır. Meydançadakı keyfiyyəti ilə oyunumuza təsirini göstərir. Ümid edirəm ki, ciddi bir zədə olmayacaq”.

“Mən “Neftçi”də qlobal dəyişikliyə gedə bilməzdim” – Sənan Qurbanov

“Neftçi”nin məşqçisi Sənan Qurbanov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Geridə qalan 3 oyunda mən və akademiyadakı məşqçilər gəldik, əlimizdən gələni etdik. Düşündük ki, komanda bəlkə toparlanar və nəticələr yaxşı olar. Amma görünür ki, nəticələr yaxşı olmadı. Hamımız birlikdə azarkeşlərimizi üzdük. Üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bugünkü idi. Birinci hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Meydana 2 hücumçu ilə çıxdıq ki, bəlkə rəqibə təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq. Bu da bəhrəsini vermədi.

Bütün futbolçular olaraq azarkeşlərdən üzrxahlıq etmək mümkündür. Düşünürəm ki, artıq futbolçular da nəticələrə görə utanırlar. Allah qoysa, qarşıdakı günlərdə “Neftçi” üçün xeyirli olar, yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz ancaq “Neftçi”nin yaxşı olmasını arzulayırıq.

Mən birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Futbolçular gərək məşqlərdə yaxşı tərəfdən özlərini göstərsinlər ki, meydana çıxa bilsinlər. Mən sadəcə gördüklərimi oynatdım. Çox da dəyişikliyə gedə bilmədim”.

Sənan Qurbanov: “Son anda buraxdığımız qol üzücü oldu”

2 December 2025 at 22:30

“Neftçi”nin məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sənan Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Zirə”ni təhlil etmişdik, güclü və zəif tərəflərini futbolçulara göstərmişdik. Bəlkə də, məşq eləməyə zamanımız olmadı. Çünki Tovuz səfərindən sonra cəmi bir məşq keçə bildik. Futbolçuların bərpasına daha çox diqqət eləmişdik. Oyuna pis başlamadıq. Həm rəqibin hücumlarının qarşısını ala bilirdik, həm də bəzən hücumlarımız daha təhlükəli olurdu. Uşaqlar döyüşdülər, amma sonda buraxdığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək verdilər. Onlardan üzr istəyirəm”.

❌
❌