La Liqa oyununa hava əngəli
15 December 2025 at 08:34
İspaniya La Liqasının XVI turunun “Levante” – “Vilyarreal” oyunu təxirə salınıb.
Futbolpress.az xəbər verir ki, dünən baş tutmalı matç əlverişsiz hava şəraitinə görə keçirilməyib. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
“Vilyarreal” La Liqada 35 xalla üçüncü sıradadır. 20 xalı olan “Levante” 9-cudur.