Zaur Axundovun eksperiment oyuncağı…
“Araz Naxçıvan” Elmar Baxşıyevi vaxtsız-vədəsiz göndərdi, yerinə Demçenkonu gətirdi. Klubun “nefutbolni” idarə edildiyini sübut edən bu faktdan sonra eybəcər nəticə özünü çox gözlətmədi.
Demçenko ötən tur xal itkisinə, bu dəfə isə “Neftçi”yə 0:4 hesablı biabırçı məğlubiyyətə səbəbi-izahlar gücənməkdədir…
Nə deyəsən, bu klub haqda futbolyönlü söhbət, müzakirə, müqayisə yersiz görünür.
Zaur Axundovun futbol İQ-nə oxşayan bir klub…
2.5 milyon dövlət dotasiyasına nə qədər əlavə etdiyi, ümumiyyətlə, bu əlavəni hardan, necə etdiyi naməlumdur. Klub kimi funksionallığı bəlli deyil.
Ancaq legioner gəl-getləri tüğyan edir. Qoymayın, iddia avrokuboklara vəsiqədir!
Son avrokubok mövsümündə düşdüyü rəzil durumun miskin mənzərəsi hələ göz önündən getməyib.
Bir klubun zərrə qədər yararlılığı olanda ona münasibətin də bir ədəbi olur. “Araz Naxçıvan”ın nə uşaq futboluna faydası var, nə yerli oyunçuların inkişafına, nə də yeni tapıntılar mövzusuna. Bircə yerli baş məşqçi üçün iş yeri olmaq kimi faydalılıq vardı, o da ləğv olundu. İndi Elmarın yerinə gətirilən Demçenko dəmə qoyub…
Kamil Əhməd