Normal view

Yesterday — 2 June 2026Sport-AZ

“Zirə” sabiq futbolçularını qaytarmaq istəyir

2 June 2026 at 16:45

“Araz-Naxçıvan”dan ayrılan Hamidu Keyta və Rahil Məmmədov karyerasına Azərbaycanda davam edə bilər.

Futbolpress.az-ın məlumatına görə, “Zirə” hər iki oyunçunun xidmətində maraqlıdır. Qəsəbə təmsilçisi yeni mövsümdə daha geniş heyətə sahib olmaq niyyətindədir. Sadıqov vaxtilə rəhbərliyi altında çalışan hər iki oyunçunu yenidən komandasında görmək istəyir.

Rahil 2022-ci ilin fevralından iyuluna, Keyta isə 2022-ci ilin yayından 2023-cü ilin yayına kimi “Zirə”nin uğurları üçün çalışıb.

Hər iki futbolçu “Araz-Naxçıvan”la müddəti bitən müqaviləsini uzatmayıb.

Şahin Cəfərov

“Araz-Naxçıvan” 10 futbolçusu ilə vidalaşdı

2 June 2026 at 15:30

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm (2025/2026) keçirmiş “Araz-Naxçıvan” 10 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, 2026/2027-ci illər mövsümü ilə bağlı çalışmalarını davam etdirən klub müqaviləsinin müddəti başa çatmış Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yollarını ayırıb. Onlarla yeni anlaşma imzalamağa ehtiyac duyulmayıb. Klub rəhbərliyi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə heyətindəki oyunçulardan Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə yeni müqavilə imzalandığını açıqlamışdı. Onlar növbəti mövsümdə də bu komandanın heyətində çıxış edəcəklər.

❌
❌