Normal view

Yesterday — 15 December 2025Main stream

“Real”ın telekanalı “Alaves”lə matçın hakimliyini tənqid etdi: “Rüsvayçılıqdır”

15 December 2025 at 10:31

“Real”ın klub kanalı hakimliyi yenidən kəskin tənqid atəşinə tutub. Yeni qalmaqal bazar günü, İspaniya La Liqasında “Alaves”ə qarşı keçirilən oyunun son dəqiqələrində yaşanıb.

Qarşılaşmanın sonlarına yaxın Vinisius Junior rəqiblə təmasdan sonra cərimə meydançasında yerə yıxılıb. Ancaq baş hakim epizodda qayda pozuntusu qeydə almayıb və penalti təyin olunmayıb. Bu qərar “Real”ın klub televiziyasında böyük narazılıqla qarşılanıb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, klub telekanalının nümayəndələri bunun tam rüsvayçılıq olduğunu bildirib:

“Bu, tam rüsvayçılıqdır. Vinisiusa qarşı açıq-aşkar penalti var idi, amma VAR otağındakı həmin hakimin şəxsi qərarı ilə təyin olunmadı. Söhbət İspaniya kubokunun finalından əvvəl məşhur mətbuat konfransı keçirən eyni hakimdən gedir. Bu epizodda qayda pozuntusunu görməmək sadəcə mümkün deyildi”.

Buna baxmayaraq, “kral klubu” “Alaves”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Mübahisəli penalti epizodu zamanı tablo artıq oyunun yekun hesabını göstərirdi.

The post “Real”ın telekanalı “Alaves”lə matçın hakimliyini tənqid etdi: “Rüsvayçılıqdır” appeared first on Komanda.az.

La Liqa oyununa hava əngəli

15 December 2025 at 08:34

İspaniya La Liqasının XVI turunun “Levante” – “Vilyarreal” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, dünən baş tutmalı matç əlverişsiz hava şəraitinə görə keçirilməyib. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Vilyarreal” La Liqada 35 xalla üçüncü sıradadır. 20 xalı olan “Levante” 9-cudur.

Before yesterdayMain stream

La Liqa klubu baş məşqçisi ilə vidalaşdı

14 December 2025 at 15:38

“Real Sosyedad” klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. Fransisko bu posta iyulda təyin olunmuşdu.

The post La Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.

❌
❌