Normal view

Today — 4 February 2026Main stream

Duşan Vlahoviç “Yuventus”un düşərgəsinə qayıtdı

3 February 2026 at 22:00

Futbol üzrə Serbiya milli komandasının və “Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya klubunun düşərgəsinə qayıdıb.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu ötən ilin dekabrında Londonda sol ayaq əzələsindən əməliyyat olunmuşdu. O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib. Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.

Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 162 oyun, 64 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.

Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Yesterday — 3 February 2026Main stream

“Yuventus” futbolçusunu icarəyə verdi

3 February 2026 at 19:19

“Yuventus” futbolçusu Daniele Ruqanini icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi mövsümün sonuna kimi “Fiorentina”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ruqani bu mövsüm 8 oyunda meydana çıxıb.

“Yuventus” Joao Marionu Emil Holmla dəyişdi – Rəsmi

3 February 2026 at 10:00

“Yuventus” yarımmüdafiəçisi Joao Marionu “Bolonya”ya verərək sözügedən klubun sağ cinah müdafiəçisi Emil Holmu heyətinə qatıb.

Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Turin kollektivi İsveç millisinin sağ cinah müdafiəçisi Emil Holmu cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Müqavilədə sözügedən futbolçunun transfer hüquqlarının alınması şərti də var.

Joao Mario da cari mövsümün sonunadək “Bolonya”da icarədə olacaq.

Xatırladaq ki, Joao Mariu “Yuventus””un heyətində 13 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Emil Holm isə “Bolonya”nın formasında keçirdiyi 19 oyunda 1 qol və 5 məhsuldar ötürməsi var.

Holm İsveç yığmasının heyətində keçirdiyi 16 oyunda 2 qol vurub. “Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Joao Mario da Portuqaliya yığmasının heyətində 3 oyun keçirib. “Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8,5 milyon avro məbləğində qiymətləndirir.

Before yesterdayMain stream

“Yuventus” norveçli hücumçu üçün hərəkətə keçib

2 February 2026 at 15:48

“Atletiko”nun hücumçusu Aleksandr Sörlot “Yuventus”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu norveçli forvardı qış transfer pəncərəsi bağlanmamış heyətinə qatmaq niyyətindədir.

Bundan əvvəl “Yuventus” hücum xəttini gücləndirmək üçün Jan-Filipp Mateta (“Kristal Pelas”), Yussef En-Nesiri (“Fənərbaxça”) və Mauro İkardi (“Qalatasaray”) variantlarını nəzərdən keçirmişdi. Ancaq hazırda klubun diqqəti məhz Sörlot üzərində cəmlənib və yaxın saatlarda onun transferi üçün konkret addımların atılması mümkündür.

30 yaşlı hücumçu cari mövsümdə La Liqada 21 matçda iştirak edib, 7 qol vurub. “Yuventus” rəhbərliyi onu hücum xətti üçün uyğun variant kimi dəyərləndirir və transfer pəncərəsi bağlanana qədər qərar verməyi planlaşdırır.

The post “Yuventus” norveçli hücumçu üçün hərəkətə keçib appeared first on Komanda.az.

“Yuventus” transferi açıqladı

2 February 2026 at 13:16

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Nitsa”dan Jeremi Boqanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Afrikalı cinah oyunçusu mövsümün sonuna kimi “qoca sinyora”nın formasını geyinəcək.

Boqa 2023-cü ildən “Nitsa”da çıxış edir. O, 78 oyunda 11 qol vurub 9 məhsuldar ötürmə edib.

Duqlas Luis yenidən “Aston Villa”da

28 January 2026 at 23:55

Futbol üzrə Braziliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis İngiltərənin “Nottingem Forest” klubundan ayrılıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Premyer Liqa təmsilçisi Duqlasla icarə müqaviləsinə vaxtından öncə xitam verib. Halbuki, sözügedən klub futbolçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü.

Duqlas “Nottingem Forest”dən ayrılsa da, “Yuventus”a qayıtmayıb. Belə ki, İtaliya klubu futbolçusunu İngiltərə Premyer Liqasının digər təmsilçisi “Aston Villa”ya icarəyə verib. “Aston Villa” yarım mövsümlük icarə üçün Turin təmsilçisinə 2 milyon avro ödəyib. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması şərti də var.

Xatırladaq ki, Duqlas Luis 2024-cü ilin yayında məhz “Aston Villa”dan 51,5 milyon avro müqabilində “Yuventus”a keçmişdi. 27 yaşlı futbolçunun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Braziliyalı futbolçu “Yuventus”un heyətində 27 oyuna çıxsa da, fərqlənə bilməyib. O, cari mövsümün geridə qalmış hissəsində “Nottingem Forest”də 14 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Duqlas Luis daha öncə “Jirona” və “Vasko da Qama”da da oynayıb.

Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb. Yarımmüdafiəçi millidə də məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

❌
❌