Normal view

Today — 4 February 2026Main stream

“Klublarımız “Qarabağ”dan daha güclüdür” – Rusiyalı sabiq futbolçu

4 February 2026 at 13:57

Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy yerli klubların səviyyəsini “Qarabağ”la müqayisə edib.

Komanda.az xəbər verir ki, “Sovetski sport”-a danışan sabiq futbolçu Rusiya klublarının Azərbaycan çempionundan güclü olduğunu deyib:

“Hazırkı format və 15 əcnəbi oyunçu ilə “Zenit” mütləq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanardı. ÇSKA da Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə əldə edərdi. Klublarımız “Kayrat” və “Qarabağ”dan daha güclüdür. Amma təbii ki, inkişaf üçün daha da çox işləmək hər zaman lazımdır”.

57 yaşlı sabiq futbolçu “Spartak” (Moskva), “Benfika”, “Kan”, “Strasburq”, “Selta” və “Alaves” kimi klublarda oynayıb.

FİFA və UEFA-nın qadağaları səbəbindən Rusiya klubları və milli komandaları beynəlxalq yarışlarda iştirak edə bilmirlər.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb və turnirin bu mərhələsində “Nyukasl”la (İngiltərə) qarşılaşacaq.

The post “Klublarımız “Qarabağ”dan daha güclüdür” – Rusiyalı sabiq futbolçu appeared first on Komanda.az.

“Nyukasl” “Qarabağ”la səfər oyunu üçün biletlərin qiymətlərini açıqlayıb

4 February 2026 at 12:17

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi matç üçün biletlərin qiymətlərini açıqlayıb.

Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.

Təhlükəsizlik qaydalarına əsasən, 16 yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin müşayiəti ilə daxil olmalıdırlar.

Bundan əlavə, səfərin İngiltərə futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Hounun komandası Bakıya gəlməyə görə 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komanda üçün turnir tarixində ən uzun məsafədir.

“Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

The post “Nyukasl” “Qarabağ”la səfər oyunu üçün biletlərin qiymətlərini açıqlayıb appeared first on Komanda.az.

Yesterday — 3 February 2026Main stream

“Qarabağ” yeni transferi üçün nə qədər ödəyib?

3 February 2026 at 12:45

“Qarabağ”ın fransalı müdafiəçi Jeremi Qnalinin transferi üçün Kiprin AEK klubuna ödədiyi məbləğ məlum olub.

Komanda.az xəbər verir ki, “transfermakt” portalına görə, Ağdam klubu 23 yaşlı sol cinah müdafiəçisi üçün 100 min avro (təxminin 200 000 manatdan çox) ödəyib.

Qnalinin bazar dəyəri 450 min avrodur.

Azərbaycan çempionu yeni futbolçusu ilə 2,5 illik müqavilə imzalayıb.

The post “Qarabağ” yeni transferi üçün nə qədər ödəyib? appeared first on Komanda.az.

Before yesterdayMain stream

“Qarabağ” fransalı futbolçu transfer etdi

2 February 2026 at 19:14

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı oyunçu karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 ötürmə ilə yadda qalıb.

The post “Qarabağ” fransalı futbolçu transfer etdi appeared first on Komanda.az.

Elmar Baxşıyev: “Qarabağ” üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik”

2 February 2026 at 15:33

“Qarabağ” fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ı qəbul edəcək.

İngiltərə klubu ilə oyunlarla bağlı “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevin fikirlərini öyrəndik. Komanda.az saytına açıqlama verən Baxşıyev, “Nyukasl”la matçlarda “Qarabağ”a inandığını bildirdi:

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə, eləcə də, pley-off mərhələsində oynamaq hüququ qazanmaqla ciddi uğur əldə edib. Zatən 10 ildən artıqdır ki, daim avrokubokların qrup mərhələsində çıxış etmək çəkilən əziyyətin, görülən işin və səbrin nəticəsidir. “Nyukasl”la oyunlarda da təmsilçimizə inanıram”.

O, “köhlən atlar”ın bu mərhələdə uğur qazanmaq şansı barədə nikbindir:

“Düzdür, bizimkilərin İngiltərə klubları ilə oyunları alınmır. Ancaq bir neçə ay əvvəl Bakıda “Çelsi” ilə keçirilən oyunu (2:2) xatırlasaq, deməli, qələbə qazanmaq, mərhələ adlamaq mümkündür. Qurban müəllim (Qurban Qurbanov) bunu daha yaxşı bilir və hamıdan çox istəyir. Biz təmsilçimiz üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik. “Qarabağ”a uğurlar arzulayıram və inanıram”.

Fəxri Rüstəmli

The post Elmar Baxşıyev: “Qarabağ” üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik” appeared first on Komanda.az.

“Qarabağ” 450 min avroluq futbolçu ilə müqavilə bağlamağa yaxındır

2 February 2026 at 15:10

“Qarabağ”ın transfer etməyə yaxın olduğu Jeremi Qnali ilə bağlayacağı müqavilənin müddəti məlum olub.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış Ağdam klubu fransalı legionerlə iki illik anlaşıb. Anlaşmaya görə, müqavilə sonradan daha bir il uzadıla bilər. O. artıq Azərbaycana gəlib və bu gün tibbi baxışdan keçəcəyi ehtimal olunur.

Qnali 2024-cü ildən “AEK Larnaka”da çıxış edir. Sol cinah müdafiəçisi və vinger kimi də oynaya bilən Qnalinin klubu ilə yayadək müqaviləsi var.  Bu da “Qarabağ”ın işini asanlaşdıra bilər. Bu səbəbdən, Azərbaycan çempionunun təklif edəcəyi məbləğin kiprliləri razı salacağı gözlənilir.

Əslən Konqodan olan futbolçu Fransa vətəndaşıdır. Onun “transfermarkt”da bazar dəyəri 450 min avro göstərilib.

The post “Qarabağ” 450 min avroluq futbolçu ilə müqavilə bağlamağa yaxındır appeared first on Komanda.az.

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

1 February 2026 at 21:57

Komanda.az Premyer Liqanın 18-ci turunun “Qarabağ” – “Turan Tovuz” matçının (1:0) videoicmalını təqdim edir:

The post “Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO appeared first on Komanda.az.

“Belə matçlarda oyunu ələ almaq heç də asan olmur” – Qurbanov

1 February 2026 at 21:08

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə haqda belə deyib:

“Çox vacib oyun, vacib qabiliyyət idi. Yorğunluq hiss olunurdu, lakin futbolçularımız yaxşı performans göstərdilər. Azarleşlərimiz böyük motivasiya verdi, təşəkkür edirəm.

“Turan Tovuz” özünəxas oyunu olan komandadır. Belə matçlarda oyunu ələ almaq heç də asan olmur. Futbolçularıma bu oyuna hazır olmalarını bildirmişdim. Ən böyük qorxum zədədir.

Dünən məşqdə də oyunçuların ümumi vəziyyətinə baxdıq”.

Baş məşqçi, eyni zamanda, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşma haqda da fikir bildirib:

“İngiltərə sanki başqa bir futbol aləmidir. Mənə görə, İngiltərə Premyer Liqası digər liqaları üstələyir. Sanki başqa aləmdir. Orada elə bir vəziyyət yaranır ki, onlar oyunun sonunda azarkeşlər üçün oynayırlar. Daha çox qol vurmaq istəyirlər.

Transfer var, Bakıya gəlməlidir. Hansı xətdə oyunçu lazım olarsa, onu doldurmalıyıq. Lakin bizdə boş yer yoxdur, yalnız kimisə çıxarmalıyam”.

Nəzrin

The post “Belə matçlarda oyunu ələ almaq heç də asan olmur” – Qurbanov appeared first on Komanda.az.

Bəhlul, sənin Çində nə işin var?

1 February 2026 at 14:30

Fəxri Rüstəmli

Tanrı tələsmir və heç vaxt da gecikmir. O, sadəcə ən doğru anı gözləyir. Bəzən son saniyəni, bəzən hamının ümidinin üzüldüyü bir məqamı. Elə o an öz sözünü deyir. Bu dəfə “Benfika”nın ukraynalı qapıçısı Trubini gətirdi səhnəyə, onu özü yetişdirdi sanki. Elə bil son saniyələrdə “irəli” əmrini verib göndərdi onu adlı-sanlı “Real”ın qapısı önünə. Bir növ, “rəqibin adını heçə say, sən bunu bacaraqsan” dedi. Bacardı da.

Sabah isə kimin “adını çağıracağını” Tanrı özü bilir. Necə ki, bir müddət əvvəl Bəhlul Mustafazadəni çağırmışdı… Frankfurt “Ayntraxt”ı ilə oyunda “Qarabağ”ın son saniyələrdə vurduğu qol gəlir gözlərimizin önünə. Hesab 3:2 oldu və o qol sadəcə topun torla qovuşması deyildi. O qol bir ümid idi. Bir dirəniş, “biz hələ buradayıq” mesajı idi. Və o qolun müəllifi Bəhlul Mustafazadə idi.

Maraqlıdır ki, Bəhlul həmin oyunda ideal təsir bağışlamırdı. Oyunboyu etdiyi səhvlər, mövqe itkiləri, qərarsız anlar gözə dəyirdi. Bəzən elə görünürdü ki, bu oyun onun gecəsidir, amma yaxşı mənada yox. Ancaq futbolun amansız, eyni zamanda ədalətli bir qanunu var: son sözü deyən yadda qalır. Bəhlul da məhz bunu etdi. Həmin qol bütün səhvləri sildi. Hətta baş məşqçi Qurban Qurbanovun da gözündə. Çünki o qolun çəkisi statistikadan, epizodlardan, fərdi səhvlərdən qat-qat ağır idi. O qol “Qarabağ”ın Avropadakı kimliyini qoruyan, komandanın ruhunu yaşadan qollardan idi. Elə qollardan ki, illər sonra da xatırlanır.

Və indi… UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmiş bir komandanı qoyub, Çinə yollanmaq sual doğurur. Çox sual. Bu, emosional yanaşma deyil, peşəkar futbol məntiqinin ortaya qoyduğu sualdır. Bəli, hər futbolçunun öz karyerası var, öz seçimi, öz ailəsi, öz hesabları. Heç kim başqasının həyatına hökm edə bilməz.

Amma bəzi qərarlar var ki, onlar təkcə “öz işimdir” cümləsi ilə izah olunmur. Avropada ad qazanmaq, Çempionlar Liqasında “vitrin”ə çıxmaq, özünü daha böyük “bazarlar”a göstərmək şansı hər futbolçuya qismət olmur. Bu mərhələdə komandanı tərk edib Çin yolunu tutmaq isə sualların cavabını çətinləşdirir. Sadəcə bir sual: Bəhlul, sənin Çində nə işin var?

Pul cavabdırsa, qısamüddətlidir. Rahatlıq cavabdırsa, aldadıcıdır. İnkişaf? Çində? Mənasızdır. Yox, ünvanı, atmosferi dəyişirsənsə, bu, Çin olmalı deyil axı… Futbol tarixində iz qoyanlar rahat yolu seçənlər olmayıb. Sən artıq sübut etmişdin ki, son saniyələrin adamı ola bilirsən. Belə adamların hekayəsi isə yarımçıq qalmamalıdır.

Bəzən Tanrı səni doğru anda yetişdirir. Amma o anı necə dəyərləndirmək artıq sənin öz işindir.

The post Bəhlul, sənin Çində nə işin var? appeared first on Komanda.az.

Zubir püşkün nəticəsinə görə məyus olub

1 February 2026 at 12:24

“Qarabağ”ın kapitanı Abdullah Zubir Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “Nyukasl”la düşməsi ilə bağlı fikirlərini bildirib. 

Komanda.az “Le Figaro-”ya istinadən xəbər verir ki, fransalı futbolçu məyus olduğunu deyib:

“Şəxsən mən məyus oldum. Çünki “Park de Prens”ə yollanaraq, orada oynamaq istəyirdim. Mən fransızam və Çempionlar Liqasının hazırkı qalibinə qarşı (PSJ) oynamaq əla olardı. Bu, sadəcə mənim şəxsi fikrimdir. Komanda yoldaşlarımın bu fikrimi paylaşıb-paylaşmadığını bilmirəm (gülür)”.

The post Zubir püşkün nəticəsinə görə məyus olub appeared first on Komanda.az.

Günün oyunları – TV

1 February 2026 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

1 fevral

İtaliya, A Seriyası
15:30 Torino – Leççe (Matç TV)
18:00 Komo – Atalanta (Futbol 1)
21:00 Kremoneze – İnter (Futbol 1, Matç TV)
23:45 Parma – Yuventus (Futbol 1)

Azərbaycan, Premyer Liqa
16:00 Araz-Naxçıvan – Neftçi (CBC Sport)
18:30 Qarabağ – Turan Tovuz (CBC Sport)

İspaniya, La Liqa
17:00 Real – Rayo Valyekano (İdman TV, Futbol 2)
19:15 Betis – Valensiya (Futbol 2)
00:00 Atletik – Real Sosyedad (İdman TV, Futbol 2, Matç TV)

İngiltərə, Premyer Liqa
18:00 Mançester Yunayted – Fulhem (beİN Sports 3)
18:00 Aston Villa – Brentford (beİN Sports 4)
20:30 Tottenhem – Mançester Siti (İdman TV, beİN Sports 3)

Türkiyə, Super Liqa
18:00 Gənclərbirliyi – Qaziantep (beİN Sports 1)
21:00 Qalatasaray – Kayserispor (Futbol 3, beİN Sports 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

❌
❌