Zinçenko İngiltərə klubu ilə vidalaşdı
“Ayaks”ın yeni müdafiəçisi Oleksandr Zinçenko Amsterdam klubuna keçidi fonunda “Nottingem Forest” və komandanın azarkeşləri ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, ukraynalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək klubdaxili mühiti və komanda ətrafındakı atmosferi xüsusi vurğulayıb:
“Klubun daxilində və ətrafında inanılmaz insanlar var. Təşəkkür edirəm və hər şeyin ən yaxşısını arzulayıram, “Nottingem Forest”.
İngiltərə klubu ötən ilin sentyabrında Zinçenkonu “Arsenal”dan icarəyə götürmüşdü. 29 yaşlı müdafiəçi “Nottingem Forest”in heyətində bütün turnirlərdə ümumilikdə 10 matçda iştirak edib.
“Ayaks” Zinçenkonu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Maraqlı detal kimi, onun evindəki otaqlardan birini “Arsenal” rənglərində dizayn etdiyi də bildirilir.
The post Zinçenko İngiltərə klubu ilə vidalaşdı appeared first on Komanda.az.