Normal view

Before yesterdayMain stream

Rui Jorje: “Uğur qazanmaq üçün çalışmaq lazımdır”

16 March 2026 at 21:00

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-20) yeni baş məşqçisi Rui Jorje ictimaiyyətə təqdim edilib.

Arena.az xəbər verir ki, bu gün portuqaliyalı mütəxəssisin təqdimat mərasimi və mətbuat konfransı keçirilib.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, assosiasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Sərxan Hacıyev çıxışında portuqaliyalı mütəxəssisin təcrübəsi ilə komandaya böyük kömək edəcəyinə inandıqlarını bildirib:

“2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 millisinə baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 millisinin baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq və komandamız dünya çempionatında uğurlu çıxış edəcək. İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin”.

Rui Jorje də öz növbəsində Azərbaycann U-20 millisi ilə uğur qazanmaq istədiyini söyləyib:

“Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı dönəmdə çox yaxşı təcrübə keçə biləcəyik. Uğur qazanmaq üçün üzərində işləmək, çalışmaq lazımdır. Futbolçular üzərlərində çalışmalıdırlar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Biz Portuqaliyanın U-20 yığması ilə uğur qazananda komanda reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir”.

DÇ-2026 İransız keçiriləcək

12 March 2026 at 16:00

Futbol üzrə İran yığma komandası bu il keçiriləcək dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak etməyəcək.

Arena.az xəbər verir ki, İranın idman naziri Əhməd Dünyamalı milli komandanın dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb:

“Korrupsiyalaşmış hökumət liderimizi öldürdükdən sonra dünya çempionatında iştirak etməyimizə imkan verən heç bir səbəb yoxdur. İrana qarşı edilən düşmənçilik hərəkətləri nəzərə alınmaqla, səkkiz ay ərzində bizə qarşı iki müharibə edildi və bir neçə min vətəndaşımız öldürüldü. Bu səbəbdən, belə bir tədbirdə iştirak etmək məqsədəuyğun deyil”, – deyə nazir DPA-ya verdiyi müsahibədə bildirib.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp İran yığmasının mundialda iştirakını arzuolunmaz hesab edir. O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb:

“İranın futbol yığması dünya çempionatına dəvət olunub, lakin mən hesab edirəm ki, onların orada iştirakı öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun deyil. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, – Tramp bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. Ölkədəki hərbi obyektlərə və şəhərlərə hava və raket zərbələri endirilib.

DÇ-2026-nın final mərhələsi bu il 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması Belçika, Misir və Yeni Zelandiya milli komandaları ilə bir qrupda yer alıb.

Nəriman Axundzadə ABŞ klubuna qoşuldu

11 March 2026 at 19:30

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu olan MLS təmsilçisi “Kolumbus Kru”nun düşərgəsinə qoşulub.

Arena.az xəbər verir ki, ABŞ təmsilçisi sosial şəbəkə hesablarında 21 yaşlı hücumçunu azarkeşlərinə təqdim edib.

Axundzadə artıq yeni komandasının heyətində ilk məşqinə də çıxıb.

Xatırladaq ki, Nəriman fevralın əvvəlində Ohayo ştatını təmsil edən “Kolumbus Kru” ilə 3,5 illik müqaviləyə imza atıb.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubu Azərbaycan çempionuna 2,5 milyon avro ödəyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə artıq 3 oyun keçirib, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Nərimanın yeni komandası hazırda 2 xalla 11-ci pillədə qərarlaşıb.

AFFA-dan “Qarabağ”la “Sabah”ın məşqçilərinə sərt cəza

11 March 2026 at 14:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 22-ci turunun bir oyunu ilə bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, söhbət 22-ci turun “Qarabağ” – “Sabah” oyunundan gedir.

İntizam Komitəsi daha öncə 22-ci turun görüşləri ilə bağlı qərarlarını açıqlasa da, “Qarabağ” – “Sabah” oyunundakı qalmaqallı epizodla bağlı heç bir qərar verməmişdi. Amma bu gün baş tutan iclasda həmin epizoda da hüquqi qiymət verilib:

Azərbaycan Premyer Liqa, 22-ci tur

“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəza alıb. “Sabah” buna görə 15 000 manat cərimə edilib.

“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası 6000 manat cərimə edilib.

“Qarabağ”ın məşqçisi Zaur Tağızadə də kütləvi davada iştirak etdiyinə görə 6 oyunluq cəza alıb. Ağdam komandası buna görə də 6000 manat cərimə ödəyəcək.

❌
❌