Reading view

“Sabah”ın titullu rəqibi – avrokuboklarda daha təcrübəlidirlər

“Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS (“The New Saints”) klubu ilə qarşılaşacaq.

Ölkə tarixinin ən titullu klublarından sayılan TNS 18 dəfə ölkə çempionu olub. Komanda Uels təmsilçisi olmasına baxmayaraq, ev oyunlarını İngiltərədə yerləşən “Park Holl” stadionunda keçirir. Arenanın tutumu 2 min nəfərlikdir.

Komandanın heyətinin dəyəri 2.55 milyon avrodur. TNS-ə ingilis mütəxəssis Kreyq Harrison rəhbərlik edir. O, 2022-ci ildən komandanın “sükanı arxasındadır”.

TNS-in heyəti ingilis və uels futbolçulardan təşkil olunub. Komandada İrlandiya və Keniyada olan legionerlər də var.

Ölkəsinin titullu klublarından olan TNS avrokuboklarda da təcrübəlidir. 2024/25 mövsümündə Konfrans Liqasında qrup mərhələsinə yüksələn komanda ölkəsinin tarixində bunu bacaran ilk klub olub.

Uels təmsilçisinin Çempionlar Liqasındakı ən yaxşı nəticəsi isə 2010/11 mövsümünə təsadüf edir. TNS İrlandiyanın “Bohemians”, Belçikanın “Anderlext” klublarını məğlub edərək, III təsnifata qədər irəliləyib. Komanda heç vaxt ÇL-də qruplara vəsiqə əldə etməyib.

TNS-in avrokubok nəticələri:

Çempionlar Liqası: 46 oyun, 10 qələbə, 8 heç-heçə, 28 məğlubiyyət
Avropa Liqası: 26 oyun, 3 qələbə, 4 heç-heçə, 19 məğlubiyyət
Konfrans Liqası: 20 oyun, 6 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət.

“Sabah” ilk oyunu 7/8 iyulda Azərbaycanda, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.

Şahin Cəfərov

“Sabah” ÇL-də TNS-ə rəqib oldu

Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün ÇL-in 2026/2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmada Azərbaycan çempionunun da rəqibi bəlli olub. Püşkün nəticəsinə əsasən, Uelsin TNS komandası Bakı klubuna rəqib olub. Azərbaycan çempionu ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də keçiriləcək. Cavab görüşləri isə eyni ayın 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7-8 iyul/14-15 iyul

Sabah (Azərbaycan) – TNS (Uels)
Floriana (Malta) – Şemrok Rovers (İrlandiya)
Flora (Estoniya) – İberiya (Gürcüstan)
Linkoln (Cəbəllüttariq) – İnter Eskaldes (Andorra)
Tre Fiori (San Marino) – Larne (Şimali İrlandiya)
Ararat (Ermənistan) – Riqa (Latviya)
Vardar (Şimali Makedoniya) – KuPS (Finlandiya)
Kauno Jalgiris (Litva) – Drita (Kosovo)
Vitebsk (Belarus) – Universitatya (Krayova, Rumıniya)
Petrokub (Moldova) – Eqnatiya (Albaniya)
Borats (Bosniya və Herseqovina) – Levski (Bolqarıstan)
Vikinqur (İslandiya) – Dyor ETO (Macarıstan)
Kayrat (Qazaxıstan) – Sutyeska (Monteneqro)
Klaksvik (Farer adaları) – Atert Bissen (Lüksemburq)

❌