Reading view

Yaşı 30-dan çox olan ən bahalı futbolçular

“Transfermarkt” portalı 30 yaşdan yuxarı ən bahalı futbolçuların reytinqini təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqin lideri İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn olub. Onun bazar dəyəri 65 milyon avro qiymətləndirilir.

İkinci pillədə yenə “Bayern”in və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix yer alıb, onun qiyməti 40 milyon avrodur.

İlk üçlüyü isə “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes tamamlayır, onun da bazar dəyəri 40 milyon avro olaraq göstərilib.

Lionel Messi və Kriştiano Ronaldo bu siyahıda ilk 10-luğa düşməyib. Argentinalı futboçunun qiyməti 15 milyon avro, portuqaliyalınınkı isə 12 milyon avro təşkil edir.

The post Yaşı 30-dan çox olan ən bahalı futbolçular appeared first on Komanda.az.

30-u adlayan dəyərlilər

“Transfermarkt” portalı yaşı 30-dan yuxarı olan futbolçuların dəyərlərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, siyahının birinci pilləsində “Bavariya”nın və Almaniya millisinin hücumçusu Harri Keyn yer alır. 32 yaşlı futbolçunun “bazar dəyəri” 65 milyon avrodur.

Onun Münhen klubundakı komanda yoldaşı Yozua Kimmiz (30 yaş) 40 milyon avro ilə ikincidir.

“Mançester Yunayted” və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş (30 yaş) də 40 milyon avro qiymətləndirilib və üçüncüdür.

Kapitandan mundial perspektivi: “Məsuliyyəti dərk etməliyik”

“Bavariya”nın və İngiltərə millisinin futbolçusu Harri Keyn klubun saytına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, hücumçu İngiltərə yığmasının DÇ-2026-dakı perspektivini dəyərləndirib:

“Hazırda elə bir mərhələdəyik ki, bizi yalnız qələbə qane edə bilər. Son Avropa çempionatında da bu hisslər var idi. Finala qədər gəlmişdik, amma yenə atmosfer mənfi idi. Bilirdik ki, qələbə qazanmazsaq, neqativlər artacaq və belə də oldu.

Dünya reytinqində dördüncüyük və mundialın favoritləri arasında göstərilirik. Buna görə vəziyyəti, məsuliyyəti dərk etməli, təzyiqlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Son 8 ildə millidə yaxşı anlarımız oldu, finallar oynadıq. İndi əsas məsələ çempionluqdur”.

İngiltərə yığması mundialın seçmə mərhələsində Xorvatiya, Panama və Qana ilə L qrupunda mübarizə aparacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundial 11 iyun – 19 iyulda olacaq.

“Levandovskinin rekordunu qırmaq çox çətin olacaq”

“Bayern”in hücumçusu Harri Keyn Bundesliqada bir mövsüm ərzində vurulan qollar üzrə rekordu qırmaq ehtimalı barədə fikirlərini bölüşüb.

Hazırda bu göstərici Münhen təmsilçisinin sabiq forvardı Robert Levandovskiyə məxsusdur. Polşalı hücumçu 2020/21 mövsümündə Bundesliqada 41 qol vuraraq, tarixi rekord müəyyənləşdirmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli hücumçu mümkün rekorda real yanaşdığını gizlətməyib:

“Düşünürəm ki, bu mümkündür, xüsusilə, mövsümə necə başladığımı nəzərə alsaq. Amma qarşıda hələ uzun yol var. Bu səviyyəni daha dörd-beş ay qorumaq lazımdır. Futbolda ən çətin məqam da məhz uzun müddət sabit qalmaqdır”.

O, Levandovskinin nəticəsinin əhəmiyyətini də vurğulayıb:

“Bu, inanılmaz rekorddur və onu qırmaq çox çətin olacaq, bunu anlayıram. Amma belə hədəflərə can atmaq həmişə xoşdur”.

Harri Keyn cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuraraq, yüksək məhsuldarlıq nümayiş etdirir.

The post “Levandovskinin rekordunu qırmaq çox çətin olacaq” appeared first on Komanda.az.

❌