Reading view

ÇL: pley-off “Qalatasaray” – “Yuventus” matçı ilə başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” komandasını qəbul edəcək. İstanbulda baş tutacaq qarşılaşmaya saat 21:45-də start veriləcək. Günün qalan üç oyunu isə gecə yarısı start götürəcək.

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin digər oyunları növbəti gün baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
17 fevral

21:45. Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya)
00:00. Benfika (Portuqaliya) – Real (İspaniya)
00:00. Borussiya (Dortmund, Almaniya) – Atalanta (İtaliya)
00:00. Monako (Fransa) – PSJ (Fransa)

ÇL: “Qalatasaray” “Yuventus”a qarşı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, günün birinci matçında Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə “Yuventus”la qarşılaşacaq.

“Real” səfərdə “Benfika”nın qonağı olacaq, Fransada “Monako” ilə PSJ üz-üzə gələcək. Dortmund “Borussiya”sı isə “Atalanta”n qəbul edəcək.

Azərbaycan təmsilçisi “Qarabağ” sabah Bakıda “Nyukasl”la qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

17 fevral

21:45 Qalatasaray – Yuventus
00:00 Borussiya Dortmund – Atalanta
00:00 Benfika – Real
00:00 Monako – PSJ

Elçin Məmmədov “Qalatasaray” – “Yuventus” oyununda!

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Elçin Məmmədov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Xatırladaq ki, sözügedən qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

“Qarabağ” – “Nyukasl” matçı norveçli hakimə tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyununa hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bakıda baş tutacaq bu qarşılaşmanı Norveçdən olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Espen Eskos olacaq. Ona yan xətdə həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR-da niderlandlı Rob Diyperink, AVAR-da Dennis Hiqler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marçinkeviçyus olacaq.

Qeyd edək ki, “Qarabağ”- “Nyukasl” matçı fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00-da) İngiltərədə təşkil ediləcək.

Onu da xatırladaq ki, Espen Eskos azərbaycanlı futbolsevərlər üçün tanış hakimdir. Norveçli referi daha əvvəl Azərbaycan millisinin matçını idarə edib. 37 yaşlı FIFA referisi 2021-ci ildə yığmamızın İrlandiya komandasına qarşı görüşündə əsas söz sahibi olub. Ədalət təmsilçisi DÇ-2022-nin seçmə mərhələsində millinin məğlubiyyətinə şahidlik edib. Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə qonaqlar 3 cavabsız qolla üstün olublar.

Norveçli hakim 2019-cu ildən beynəlxalq matçlara təyinat alır. O, cari mövsümdə UEFA Çempionlar Liqasının əsas mərhələsində 4 qarşılaşmanı idarə edib. 11 sarı vərəqə göstərən Espen Eskos hələlik qırmızı vərəqəyə ehtiyac duymayıb.

“Nyukasl” Bakıya gələcək azarkeşlərinə xəbərdarlıq etdi

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinda qarşılaşacağı “Qarabağ”la matçdan əvvəl azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, klub rəhbərliyi Bakıda keçiriləcək ilk matçdan əvvəl azarkeşlərdən Azərbaycan mədəniyyətinə diqqətli yanaşmağı tövsiyə edib. Məlumatda azarkeşlər üçün vacib olan səfər, təhlükəsizlik və davranış qaydaları əksini tapıb:

“Azərbaycana səfər edənlərin etibarlı pasportu olmalı və əvvəlcədən viza almalıdırlar. Viza prosesi üçün bir həftə vaxt ayrılması və səyahət sığortasının əldə edilməsi lazımdır. Ölkənin rəsmi valyutası manatdır. Bakıda kart və təmassız ödənişlərdən geniş istifadə olunur, həmçinin, bankomatlar mövcuddur. Hava limanından şəhər mərkəzinə taksi və ya birbaşa avtobus xidməti ilə getmək mümkündür. Metro səhər saat 06:00-dan gecə 00:00-dək fəaliyyət göstərir və istifadə üçün kart lazımdır”.

İngiltərə klubu azarkeşlərinin “Gənclik” metrostansiyasından istifadə etmələrini və stadionun “B” qapısına (Gate B) yönəlmələrini xahiş edib:

“Girişdə stüardlar və polis tərəfindən yoxlanışlar aparılacaq, stadion ərazisində hərbi qulluqçular olacaq. Stadiona A4 ölçüsündən böyük çantalar, çətirlər, həmçinin, pirotexnik vasitələr, vuvuzelalar buraxılmayacaq. Bayraqlar 1,5m x 2m ölçüsündən böyük olmamalı və siyasi şüarlar ehtiva etməməlidir. Stadion daxilində qəlyanaltılar və içkilər (o cümlədən pivə) satılacaq. Kənardan spirtli içki gətirmək qadağandır”.

Ramazan ayının başlayacağı və fevralın 18-dən orucluğun start götürəcəyi və ingiltərəli azarkeşlərdən buna, həmçinin, yerli mədəniyyətə hörmətlə yanaşmaları tövsiyə olunub. Şəhidlər Xiyabanı kimi tarixi və mühüm məkanlarda davranışlara xüsusi diqqət yetirilməsi, hörmətsizlik edilməməsi barədə də xəbərdarlıq olunub.

Matç bitdikdən sonra isə “Nyukasl” azarkeşlərinin təhlükəsizlik məqsədilə 30 dəqiqə tribunada saxlanılacağı bildirilib.

Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

“Traktor” ÇL-də “Əl-Sədd”ə məğlub oldu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin 7-ci turunda Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda təbrizlilər məğlubiyyətə üzülüblər – 0:2.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu evdə Qətərin digər təmsilçisi “Əl-Qarafa”ya qarşı keçirəcək. Bu oyun fevralın 17-də səfərdə baş tutacaq.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının cari mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.

Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

“Traktor” “Qərb” zonasında yer alıb. Komanda hazırda 14 xalla 3-cü pillədə qərarlaşıb. Təbrizlilər qrup mərhələsinin sonuncu turunda “Əl-Qarafa”ya uduzsa belə, ən yaxşı 8 komanda sırasında yer alacaq.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

ÇL: “Qarabağ” Kuakunu Kadi ilə əvəzlədi

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.

Arena.az xəbər verir ki, Kris Kuakunun adı Ağdam klubunun ÇL üçün açıqladığı iştirak ərizəsindən çıxarılıb.

Onu bu siyahıda Kadi Borges əvəzləyib.

Ağdam təmsilçisinin yeni transferlərindən olan Jeremi Qnali isə Çempionlar Liqası üçün sifariş edilməyib.

Xatırladaq ki, Kadi Borgesin adı braziliyalı futbolçunun noyabrda aldığı ciddi zədə səbəbindən Çempionlar Liqasının iştirak ərizəsindən çıxarılmışdı.

“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq. Həlledici matça saat 00:00-da start veriləcək.

❌