“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Qarşılaşmaya yaxşı başlamışdıq. Amma ilk hissənin ortalarından etibarən üstünlüyü rəqibə verdik. İkinci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Fikrimcə, daha çox qol vura bilərdik.
Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Hələ qarşıda çoxlu matçımız var. Növbəti oyunlara hazırlaşmalıyıq. Arxayınlaşmaq olmaz”.
Xatırladaq ki, “Turan Tovuz” hazırda 48 xalla Premyer Liqanın yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Azərbaycan Premyer Liqasının 25-ci turunun “Turan Tovuz” – “Qəbələ” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 25-ci tur 21 mart
“Turan Tovuz” – “Qəbələ” 3:2 Qollar: Hayderson Hurtado, 3; 49. Joarlem Santos, 59 – Eşqin Əhmədov, 27. Roderik Miller, 90+6-öz qapısına. Sarı vərəqələr: Ayxan Hüseynov, 22 (qeyri-idman hərəkəti). Roderik Miller, 90+6 (qeyriidman hərəkəti). Rəsmi şəxsə göstərilən sarı vərəqə: Georgi Çixradze (“Qəbələ”), 83 (hakimin qərarına etiraz). Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 7 dəqiqə. Saat 16:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 250 tamaşaçı.
Baş hakim: Kamal Umudlu. Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Akif Əmirəli. Dördüncü hakim: Elçin Məsiyev. VAR: Əliyar Ağayev. AVAR: Nicat İsmayıllı. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Elçin Məmmədov.
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (19. Roberto Olabe, 68), 17. Rəhim Sadıxov (6. Fərid Yusifli, 79), 11. Ayxan Hüseynov (99. İbrahima Vadji, 79), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 32. Hayderson Hurtado (k) (15. Emmanuel Hakman, 79), 7. Xorxe Silva (88. Faiq Hacıyev, 86), 2. Mark Rene Mampassi. Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 9. Coş Cinnelli, 8. David Tavares. Baş məşqçi: Kurban Berdıyev.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Kamal Umudlu olub. Beş qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.
Premyer Liqa 25-ci tur 21 mart
“Turan Tovuz” – “Qəbələ” 3:2 Qollar: Hayderson Hurtado, 3; 49. Joarlem Santos, 59 – Eşqin Əhmədov, 27. Roderik Miller, 90+7. Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev. VAR: Əliyar Ağayev. AVAR: Nicat İsmayıllı. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Elçin Məmmədov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 2. Mark Rene Mampassi. Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares. Baş məşqçi: Kurban Berdıyev.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu. Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 8. Sambu Sissoko. Baş məşqçi: Kaxaber Sxadadze.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun qapanış matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Kamal Umudlu olacaq.
Premyer Liqa 25-ci tur 18 mart
“Şamaxı” – “Araz-Naxçıvan” 0:1 Qol: Vladislav Veremeyev, 56-öz qapısına. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov. VAR: Fərid Hacıyev. AVAR: Rəhman İmami. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Şamaxı şəhər stadionu, 15:00.
Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib. “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gəlib. Matç tovuzlular ın qələbəsiylə başa çatıb.
Misli Premyer Liqası XXV tur
21 mart
16:00 Turan Tovuz – Qəbələ 3:2 Qollar: H.Hurtado, 3, 49, Jo, 59 – Eşqin Əhmədov, 27, Miller, 90+7 (avtoqol)
Baş hakim: Kamal Umudlu
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün heyəti açıqlayıb. Martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına Baklov da dəvət alıb.
Qeyd edək ki, Asiya Kubokunun seçmə mərhələsinin A qrupunda Tacikistan və Filippin yığmaları arasında 6-cı turun oyunu martın 31-də keçiriləcək.
Oleq Baklov “Turan Tovuz”a 2025-ci ilin yayında cəlb olunub. 31 yaşlı qolkiperin Tovuz klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Tacik qapıçı “Turan Tovuz”un heyətində meydana çıxdığı 17 oyunda 14 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
Baklov daha öncə Rusiyada “Ufa”, “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. O, 2024-cü ilin sentyabr ayında debüt etdiyi Tacikistan yığmasının heyətində 8 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçdan “quru” çıxıb.
“Turan Tovuz”un qapıçısı Sergey Samok Azərbaycan çempionatında 800 dəqiqə və daha uzun seriyaya imza atmış 9-cu əlcək sahibi olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Samokun Azərbaycan Premyer Liqasındakı “quru” seriyası qırılıb. Rusiyalı qolkiper cari mövsümdə ilk qolunu 24-cü turun “Kəpəz”lə səfər matçında (1:1) buraxmışdı. Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Buna qədər ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlamış qapıçı sonuncu dəfə 2024/2025-ci illər mövsümünün 34-cü turunda qol buraxmışdı. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutmuş ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməmişdi.
Rəhman Hacıyevin qoluna qədər Sergey Samok 812 “quru” dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atmış 9-cu əlcək sahibinə çevrilib.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 24-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Kurban Berdıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Təəssüf ki, çox vacib 2 xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq.
Faiq Hacıyev uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir. Roderik Miller də zədəli olduğu üçün oynamır.
İddialı rəqiblərə qalib gəldikdən sonra daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyimizi reallaşdıra bilmirik. Həm “Zirə”, həm də “Neftçi” ilə oyunlardan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 24-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.
Burada “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Yevlax şəhər stadionunda təşkil edilmiş oyunu Tural Qurbanov idarə edib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.