Normal view

Before yesterdayMain stream

Elnur Çodarov: “Fürsətimizi gözləyirdik”

7 December 2025 at 16:30

“Şamaxı”nın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş matçında “Şamaxı” 3:0 hesablı qələbəyə sevinib.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalı olduğu üçün, bu oyuna komandanı Elnur Çodarov çıxarıb. O, matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Gözlədiyimiz kimi maraqlı, gərgin, yaxşı oyun alındı. İlk hissə kəşfiyyat xarakteri daşıyırdı. Füzuli Məmmədov “Karvan”a yeni baş məşqçi təyin olunub. Buna görə tələsmirdik və gözləməyi üstün tuturduq. Futbolçulara da tapşırmışdıq ki, tələsməsinlər, rəqibi gözləsinlər və kompakt oynasınlar. Öz fürsətimizi gözləyirdik. İkinci hissədə isə futbolçular tapşırıqları maksimum səviyyədə yerinə yetirməyə çalışdılar. Qolumuzu vurduq və ardını da gətirdik.

Rəqibin iki oyununa baxıb analiz etmişdik. “Qarabağ”a qarşı bir cür, bizə qarşı isə tam fərqli çıxış edəcəklərini bilirdik. İkinci hissədə tempi artırdıq, ön xətdə aqressivliyi və intensivliyi yüksəltdik və istədiyimiz nəticəyə nail olduq.

Bu meydançada oynamaq ağır idi. Dəqiq desək, süni örtüyün rezinləri sərt idi. Amma yağış üzümüzə baxdı”.

❌
❌