Normal view

Yesterday — 16 June 2026Main stream

Samuel Lobato “Qarabağ”da – Rəsmi

16 June 2026 at 20:00

Portuqaliyanın “Portimonense” klubunun mərkəz yarımmüdafiəçisi Samuel Lobato bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikan”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Lobato yay transfer pəncərəsində “Qarabağ”a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zəkəriyyə Savonun keçidi rəsmiləşmişdi.

Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşıb, Pedro Bikalyo ilə də yeni müqavilə bağlayıb.

“Qarabağ”dan növbəti transfer

16 June 2026 at 19:50

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Portimonense”dən Samuel Lobatonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Yarımmüdafiəçi ötən mövsüm Portuqaliya I Liqasında 29 oyunda 2 qol vurub.

“Qarabağ” daha əvvəl Jali Muaddib və Zakaria Savonu transfer edib.

❌
❌