Normal view

Today — 24 April 2026Main stream

Yalan açıqlama və ya qeyri-peşəkarlıq

24 April 2026 at 13:45

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan “Mingəçevir” qeyri-peşəkar davranışı ilə gündəmə gəlib.

Bölgə təmsilçisi martın 17-də qapıçı Orxan Sadıqlı ilə yollarını ayırdığını elan edib. İddiaya görə, klub “Səbail”lə matçda buraxılan şübhəli qoldan sonra qolkiperlə vidalaşmağa qərar verib. Səslənən iddia rəsmi təsdiqini tapmayıb, tərəflərin yollarını ayırması da bir futbol klubunda yaşanacaq normal haldır.

Anormal olan nədir? Sadıqlı ilə yolların ayrılmasına baxmayaraq, qapıçının adı I Liqada son üç oyunda iştirak ərizəsində yer alıb. O, ehtiyat oyunçu kimi matçları kənardan izləyib.

Klub qolkiperlə yolları ayırıbsa, nə üçün hələ də komandadadır? Bağışlanıbsa, niyə rəsmi açıqlama yoxdur? Ümumiyyətlə, klub bu məsələdə sosial şəbəkə hesablarında edilən paylaşımdan əlavə, hansı rəsmi addımı atıb?

I Liqada son illərin rəqabətli mövsümü keçir. “Mingəçevir” sona 4 tur qalmış 42 xalla 3-cü sıradadır və ikinci pillədən bir xal geri qalır. Liqada gümüş medalları qazanan komanda elitaya vəsiqə uğrunda Premyer Liqanın 11-cisi ilə bir oyundan ibarət pley-off oynayacaq.

❌
❌