Normal view

Today — 6 May 2026Main stream

Sarvanı “Karvan”a bab olmalı…

6 May 2026 at 08:10

“Karvan Yevlax” Misli Premyer Liqasının debütantıdır. Ancaq burada 30 oyuna cəmi 3 qələbə qazana bilib. Son illər belə autsayder olmamışdı.

I Liqanın səviyyəsi o qədər aşağıdır ki, bölgə təmsilçisi Premyer Liqada çox pis nəticəyə uğradı.

Yevlax təmsilçisi yalnız Füzuli Məmmədovun baş məşqçi təyinatından sonra yerli futbolçu potensialından istifadə faizini 5-6-dan 20-25-ə qaldırıb.

Müxtəlif ölkələrdən, səviyyəsi qənaətbəxş olmayan əcnəbiləri gətirməklə nəyə nail olundu?

Klub rəhbərliyi bundan ciddi dərs almalıdır.

Ok, Premyer Liqaya yüksəlməklə illik 2.5 milyon manat dotasiyadan faydalanıb stadionu yararlı vəziyyətə saldılar. Bunu ciddi iş saymaq olar. Lakin komanda quruculuğunda naşı davrandıqları aşkardır.

I Liqada yenidən elitaya vəsiqə üçün mübarizə aparmağa potensial toplaya biliblər. Son məlumatlara görə Məmmədovla yola davam ediləcək.

Hər halda, Pro kateqoriyalı, təcrübəli mütəxəssislə yenidən sıralara qayıdıb, daha faydalı komandaya çevrilə bilərlər.

Bunun üçün həm işartılar görünür, həm də imkan/zəmin var.

30 oyunun 22-də məğlub olmaq üçün heyətin 80 faizini əcnəbidən ibarət formalaşdırmağa gərək yox idi. Oxşar qeyd bir neçə ortabab PL klubuna da şamil edilə bilər…

Kamil Əhməd

Before yesterdayMain stream

Daha bir gərginlik “ocağı”…

4 May 2026 at 08:10

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra hakimlər otağına girib, onların idarəçiliyinə etiraz bildirib.

Baş hakim Əli Əliyevin penalti qərarına etiraz edən Rəfiyev əsəblərinə hakim ola bilməyib, səs-küy salıb.

Maraqlıdır, o, futbolda yeni deyil. Çox yaxşı bilir ki, hakimlərin otağına girmək ciddi məsuliyyətdir. Bilə-bilə bu addımı niyə atsın?…

Matçın AFFA nümayəndəsi Asif Əliyevin gözü qarşısında baş verən bu şeylər onun raportunda qeyd olunubmu?

Klub prezidentinin bu addımına AFFA-dan hansı reaksiya gələcək? Bunu maraqla gözləməyə dəyər.

Ümumiyyətlə, sıradan bir hadisə kimi baxmaq olmaz; bir tərəfdən illərlə futbol industriyasında olan bir şəxsin klub prezidenti kimi hakimlərin otağına girərək etiraz etməsi, digər tərəfdən son vaxtlar hərtərəfli hədəfə gətirilən AFFA…

Yeni qarşıdurma cəhdi?

Kimə və nəyə lazımdır?

Kamil Əhməd

❌
❌