Normal view

Today — 20 December 2025Main stream

PSJ-də itki

19 December 2025 at 22:25

PSJ itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın qolkiperi Matvey Safonov zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rusiyalı qapıçı Qitələrarası Dünya Çempionatında “Flamenqo” ilə final matçında (1:1, penaltilə 2:1) sıradan çıxıb. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Yesterday — 19 December 2025Main stream

Matvey Safonov bir neçə həftə oynamayacaq

19 December 2025 at 21:00

Fransa çempionu PSJ-nin və Rusiya yığmasının qapıçısı Matvey Safonov bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Paris təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qapıçı Qitələrarası Kubokun finalında “Flamenqo” (Braziliya) ilə keçirilən matçda əlindən zədələnib. Qapıçının 4 həftə oynamayacağı bildirilib.

Xatırladaq ki, PSJ ilə “Flamenqo” arasında baş tutmuş final matçında (1:1) Fransa klubu penaltilər seriyasında 2:1 hesabı ilə qələbə qazanıb.

Yeri gəlmişkən, PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin rusiyalı qapıçısı Matvey Safonov haqda qənətini açıqlayıb. İspan mütəxəssis bunları dilə gətirib:

“Safonov öz səviyyəsini nümayiş etdirdi. Həmişə hazır olan oyunçularımızı görməyə şadıq”, deyə Enrike vurğulayıb.

Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Safonov cari mövsümdə 4 oyuna çıxıb, 3 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb. O, PSJ-nin heyətində bütövlükdə 21 oyuna çıxıb. Rusiyalı qapıçı bu oyunlarda 16 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlayıb.

“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 17 oyuna çıxıb, 12 qol buraxıb, 8 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 26 yaşlı rusiyalı qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Before yesterdayMain stream

Matvey Safonov mövsümdə ilk matçına çıxdı

8 December 2025 at 15:00

Fransa çempionu PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov 2025/2026-cı illər mövsümündə parislilərin heyətində ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Fransa Liqa 1-in 15-ci turu çərçivəsində “Renn”ə qarşı ev oyununda (5:0) meydana başlanğıc heyətdə çıxaraq, tam oyun keçirib.

Rusiyalı qapıçı matçdan sonra təəssüratını bölüşüb:

“Nəhayət ki, bu mövsümdə PSJ üçün debüt etdim. Çox şadam ki, məhz böyükhesablı qələbədən başlamaq müyəssər oldu. Amma ən əsası hesab da deyil. Əsas odur ki, oyundan yenidən nəhəng zövq aldım”, deyə Safonov vurğulayıb.

Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Safonov PSJ-nin heyətində bütövlükdə 18 oyuna çıxıb. O, bu oyunlarda 13 qol buraxıb, 8 oyunda qapısını toxunulmaz saxlayıb.

“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 17 oyuna çıxıb, 12 qol buraxıb, 8 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 26 yaşlı rusiyalı qapıçının transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

❌
❌