Normal view

Yesterday — 22 May 2026Sport-AZ

Kurban Berdıyev: “Heyəti gücləndirməliyik”

22 May 2026 at 20:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın sonuncu – 33-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundur ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq.

Artıq bizim üçün başa çatmış bu mövsümü uğurlu hesab edirəm. Amma bəzi bərabərsəviyyəli oyunlar oldu ki, xallar itirdik. Paltardəyişmə otağında futbolçulara mövsümə görə təşəkkürümü bildirdim.

Çox şadam ki, klubun rəhbəri maksimum hədəflər qoyur. Bu, çox vacib məsələdir, məsuliyyəti də artırır. Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdir. “Sabah” bunu sübut etdi. Çox güclü heyət yığdılar. Onların yaxşı baş məşqçiləri var. Nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindir. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük.

“Turan Tovuz”un avrokuboklarda uğurlu nəticə əldə etmək şanslarına gəlincə, hər şey heyətin gücləndirilməsindən asılı olacaq. Bu da maliyyə imkanları ilə bağlıdır. Heyətimiz güclənsə, şanslarımız da yüksək olacaq”.

“Heyətimiz güclənsə, şanslarımız da yüksək olacaq” – Berdıyev

22 May 2026 at 19:49

Misli Premyer Liqasının XXXIII turunda keçirilən “Turan Tovuz” – “Sabah” oyunundan (1:2) sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Maraqlı oyun oldu. Təəssüflər olsun ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundur ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq.

– Mövsümü necə dəyərləndirirsiniz?
– Uğurlu mövsüm kimi qiymətləndirirəm. Amma bəzi oyunlar oldu ki, yersiz xallar itirdik. Paltardəyişmə otağında futbolçulara mövsümə görə təşəkkürümü bildirdim.

– Mövsümün əvvəlində Ehtiram Quliyev demişdi ki, hədəfimiz çempionluqdur. “Turan Tovuz” növbəti mövsümdə çempionluğa oynaya bilər?
– Çox şadam ki, klubun rəhbəri maksimum hədəflər qoyur. Bu, çox vacib məsələdir, məsuliyyəti də artırır. Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdir. “Sabah” bunu sübut etdi. Çox güclü heyət yığdılar. Onların yaxşı baş məşqçiləri var və nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindir. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük.

– “Turan Tovuz”la avrokuboklarda uğurlu nəticə əldə etmək olar?
– Hər şey heyətin gücləndirilməsindən asılı olacaq. Bu da maliyyə imkanları ilə bağlıdır. Əgər heyətimiz güclənsə, şanslarımız da yüksək olacaq.

Before yesterdaySport-AZ

Kurban Berdıyev Şamaxıda hakimlikdən şikayətləndi

16 May 2026 at 20:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə pis oynadıq. Hakim barədə ümumiyyətlə danışmaq istəmirəm. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüf ki, 3-cü qolu buraxdıq.

Ötən tur avrokuboklara vəsiqəni təmin etdikdən sonra futbolçularda arxayınlığın yaranması fikri ilə müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Müdafiəçilər epizodlara gec reaksiya verirdilər. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik. İkinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.

Mənə elə gəlir ki, bu komandaların belə aqressiv oyun göstərməsi daha çox hakimlikdən qaynaqlanırdı.

Transferlərə gəlincə, axtarışlar davam edir. Hələ yekun nəticə yoxdur. Neçə oyunçu transfer edəcəyimizə gəlincə, hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq”.

❌
❌